Xəbərlər
13.10.2025, 03:45
AFİQ GÖYÇƏLİ : ,,internet məkanı,yazarlar evi,, - FOTO
Bəzi yazar,əyri baxır üzümə,
Əlli nədir,rast gəlirəm yüzünə.
Sözü-sözə calasamda düzünə,
Özündən razılar gəzərmiş burda.
Şairlərə,əyləncədir bu məkan,
Həvəskara zaman verir güc, təkan.
Evlərində hər kəs olub laməkan,
Özündən razılar gəzərmiş burda.
Yaranıbdır dahilərin dəstəsi,
İçlərində var xarabı,xəstəsi.
Yazdıqları olur gülünc bəstəsi,
Özündən razılar gəzərmiş burda.
Səhifəmdən lal keçirlər yan-yana,
Qorxurlar ki,şeir ruhda dayana.
Afiq quldur böyük-kiçik sayana,
Özündən razılar gəzərmiş burda.
Əlli nədir,rast gəlirəm yüzünə.
Sözü-sözə calasamda düzünə,
Özündən razılar gəzərmiş burda.
Şairlərə,əyləncədir bu məkan,
Həvəskara zaman verir güc, təkan.
Evlərində hər kəs olub laməkan,
Özündən razılar gəzərmiş burda.
Yaranıbdır dahilərin dəstəsi,
İçlərində var xarabı,xəstəsi.
Yazdıqları olur gülünc bəstəsi,
Özündən razılar gəzərmiş burda.
Səhifəmdən lal keçirlər yan-yana,
Qorxurlar ki,şeir ruhda dayana.
Afiq quldur böyük-kiçik sayana,
Özündən razılar gəzərmiş burda.
09.10.25...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













