Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qətllər törətmiş və uzun müddətdir beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

Modern.az xəbər verir ki, Hindistan mediasının məlumatına görə, Keyblvala İstanbul–Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda “ən çox axtarılan cinayətkarlar” siyahısında yer alır. Onun saxlanılması “sənədlərindəki uyğunsuzluqlar” səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşır.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, “xərac” tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.

Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradaraq və Taylandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları "yumağa" cəhd edib. 2019-cu ildə ona qarşı “kamikadze terrorçularla əlaqə” maddəsi üzrə cinayət işi açılmış, 2020-ci ildə yenidən saxlanılmış, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olmuşdu.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031