Axtarışda olan üç nəfər Azərbaycana gətirilib, bir nəfər Rusiyaya təhvil verilib
Xarici dövlətlərin səlahiyyətli orqanları arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı Asmetov Eldar Nail oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq və cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş E.N.Asmetov 2024-cü ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

Həmçinin, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məlikov Asif Aleksandr oğlunun, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən isə Hüseynov Raqif Hüseynqulu oğlu və Şıxayev Ruslan Nazim oğlunun verilmələri haqqında qərarlar qəbul olunub.

Belə ki, Asif Məlikovun Cinayət Məcəlləsinin xeyli ziyan vurmaqla törədilən dələduzluq, Raqif Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, Ruslan Şıxayevin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Hər üç şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Son xəbərlər

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLƏCƏK

BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir

Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

BİZİM TƏQVİM:15 mayda baş vermiş tarixi hadisələr

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

“Poseydon” bu nisbəti dəyişdirəcək

Almaniya və Polşa müdafiə sazişi imzalayacaq

Tramp Çinin 200 “Boeing” təyyarəsi sifariş etməyə razı olduğunu açıqlayıb

Qazaxıstan və Türkiyə milyardlarla dollar dəyərində layihələrə başlayır

Nəsrinin serialı bu tarixdə başlayır

ABŞ Sərhəd Patrul Xidmətinin rəisi istefa verdi

Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır

Hindistanda fırtınada 100-dən çox insan öldü

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ

Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır - FOTO

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Qohumlar, dostlar, yoxsa iş yoldaşları...

“Time” onları 100 xeyriyyəçinin siyahısına saldı

Üçüncü dəfə “Oskar”ın aparıcısı olacaq

Bu gecə “Avroviziya”nın ikinci yarımfinalı keçiriləcək

Türkiyəli ulduzlar Kannda - Fotolar

Oktay Kaynarca qidadan zəhərləndi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək - FOTOLAR

Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanılıb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031