Bu gündən etibarən Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanıb.

"Unikal" Aİ-nin Miqrasiya və Daxili İşlər İdarəsinə istinadla xəbər verir ki, bu sistem vasitəsilə həmin şəxslər 29 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq. EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək.

Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 29 Avropa ölkəsində altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları Aİ-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək. Yeni sistem ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin (over-stayers) avtomatik aşkarlanmasına imkan verəcək.
Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək. Aİ-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır. Bununla yanaşı, sistem Aİ-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək.

Son xəbərlər

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930