Xəbərlər
12.10.2025, 04:23
BMT-nin baş katibi Qəzzada atəşkəslə bağlı sammitdə iştirak edəcək
BMT-nin baş katibi Antonio Quterreş Misirdə Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək zirvədə iştirak edəcək.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
“Baş katib bazar ertəsi Şarm əş-Şeyxdə keçiriləcək sülh sammitində iştirak etmək üçün Misirə gedəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi 20-dən çox ölkənin liderlərinin sammitdə iştirak etmək üçün dəvət edildiyini açıqlamışdı.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay