Xəbərlər
12.10.2025, 04:11
NƏ MƏNASI YAŞAMAĞIN - FOTOLAR
Əli Vahid Çaylı,
şair-publisist
şair-publisist
Çox çətindi, məmurları -
Başa düşüb yaşamağın.
Yada salıb uluları,
Yaddaşında yaşamağın.
Ağır gəlir həyat mənə,
Dəyqə mənə, saat mənə-
Necə versin qanad mənə.?
Səmasında yaşamağın.
Yoxsulluq xəstəlik basıb,
Boynuna öhdəlik asıb.
Xalqına bədbəxlik yazım,
Cəfasında yaşamağın.
Artıq çoxu dəli olub,
Peğəmbəri Əli olub,
Başa bəla dili olub,
Koxasında yaşamağın.
Vətən deyən, ölkə deyən,
Varın, pulun birgə yeyən.
Məzlumları öncə döyən -
Havasında yaşamağın.
Padşahları pulun qulu,
Ulağları atın çulu,
İnsanlığı itin yolu -
Komasında yaşamağın.
Abır itir, həya qalmır,
Ağac bitir, paya salmır.
Ot yığılır taya almır,
Topasında yaşamağın.
Belə yurdun, ol dövlətin
Saxla görüm sən hörmətin..!
Ata kimi şan-şöhrətin
Yaşatmaqdı, yaşamağın.
Yaşatmağdı, yaşamağın.
Başa düşüb yaşamağın.
Yada salıb uluları,
Yaddaşında yaşamağın.
Ağır gəlir həyat mənə,
Dəyqə mənə, saat mənə-
Necə versin qanad mənə.?
Səmasında yaşamağın.
Yoxsulluq xəstəlik basıb,
Boynuna öhdəlik asıb.
Xalqına bədbəxlik yazım,
Cəfasında yaşamağın.
Artıq çoxu dəli olub,
Peğəmbəri Əli olub,
Başa bəla dili olub,
Koxasında yaşamağın.
Vətən deyən, ölkə deyən,
Varın, pulun birgə yeyən.
Məzlumları öncə döyən -
Havasında yaşamağın.
Padşahları pulun qulu,
Ulağları atın çulu,
İnsanlığı itin yolu -
Komasında yaşamağın.
Abır itir, həya qalmır,
Ağac bitir, paya salmır.
Ot yığılır taya almır,
Topasında yaşamağın.
Belə yurdun, ol dövlətin
Saxla görüm sən hörmətin..!
Ata kimi şan-şöhrətin
Yaşatmaqdı, yaşamağın.
Yaşatmağdı, yaşamağın.
Bakı.ş.
12.10.2025.
12.10.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




