Ailəmizin ilk NƏVƏ nübar payı olan ÜMİDimizin 8 yaşı tamam olur. Hazırlıq kursuna gedən balamın budəfəki ad günündə Gəncədə, yanında ola bilmədik. Balamın qaqası DAVİDimizin də 3 yaşı tamam olub. Nənələrinin və babalarının şirin paylarına SÖZ TƏBRİKİ! 100 yaşa, ürəyim!
Tanrı qorusun balaları,
sən də onlardan biri!
Sazının telləri,
sinəmdə açdırır gülləri.
Sən nəğməsən dilimdə,
sən qələmim əlimdə.
Qocalıb baba olasan
sən Kəlbəcər elimdə...

Evimizin nur, işığı,
Mübarəkdi səkkiz yaşın!
Könlümüzün yaraşığı,
Uca olsun daim başın,
Mübarəkdi səkkiz yaşın!

Ümid qoymuşuq adını,
Çıxardasan sən dadını!
Tanı qohum, həm yadını,
Olsun Davidin sirdaşın,
Mübarəkdi səkkiz yaşın!

Futbola çoxdur həvəsin,
Zirvələrdən gəlsin səsin!
Təngiməsin heç nəfəsin,
Batır meydanda üst-başın,
Mübarəkdi səkkiz yaşın!

Gəl babanı bircə dinlə,
Atan ilə ver əl-ələ.
Boy at, ucal, köklə, genlə,
Qoy xoş gəlsin payız-qışın,
Mübarəkdi səkkiz yaşın!
***
Ümid balamın 8 yaşına
Babasından pay olsun,
Balam boy atsın, Allah,
Ata-anasına tay olsun!

Ay ümidim - pənahım,
Sənsən qolum-qanadım.
Böyü, boy at, kişi ol,
Sən nurlu bir sabahım.

Nəvə baldır, bal dadır,
Dili şəkər, baldadır.
Balam od baxışıyla
Babaları aldadır.

İncitməyir heç kəsi,
Saza çoxdur həvəsi.
Ümidin bülbül kimi,
Heyran qoyur nəğməsi.

Qucaqdan o, qucağa,
Qanad açıb, uçub hey!
Nənəsindən babaya,
Yüyürüb ey, qaçıb ey!

İndidən baxın, balam,
Yazır-pozur, çəkir də.
O, qəsrimdi, həm qalam,
Yıxır, qurur, sökür də.

David adlı qaqasın,-
Ürək bilir, can bilir.
Sevir ata-anasın,
Damarında qan bilir.

Dost deyir babasına,
Şıltaq balam, gül balam.
Gəncəyə gələmmədik,
Sən Bakıya gəl, balam.

Babaları və nənələri adından
MəN (Məhəmməd Nərimanoğlu)
Bakı, Müşfiqabad qəsəbəsi,11 oktyabr 2025-ci il, şənbə

Son xəbərlər

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930