Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə şair, tərcüməçi, Xalq şairi Vahid Əzizin tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan qurumların könüllüləri də iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Qarabağda tarixi Zəfərin beşinci ildönümünün qeyd edildiyi günlərin hər kəsdə qürur hissi yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı həm qəhrəman, həm də yaradıcı xalqdır: “Azərbaycan hər zaman öz şairləri, ədibləri ilə fəxr edib, çünki onlar hər zaman əsərlərində bəşəri dəyərləri, ülvi hissləri və Vətənə məhəbbəti təbliğ ediblər. Müasir Azərbaycan ədəbiyyatının böyük simalarından olan Xalq şairi Vahid Əzizlə görüş də gənc nəslin bu ideyalara sadiq böyüməsi üçün təşkil edilib. Maraqlı məqamlardan biri də odur ki, bugünkü tədbirimizdə yalnız BDU tələbələri deyil, digər ali təhsil müəssisələrinin də tələbələri iştirak edirlər. İnanıram ki, bu görüş gənclərimiz üçün faydalı və maraqlı olacaq”.

Tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Xalq şairi Vahid Əzizin həyat və yaradıcılıq yolundan söz açıb. Qeyd edib ki, görkəmli şair 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalar kəndində anadan olub, orta məktəbi Tərtər rayonunda bitirib. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir sıra vəzifələrdə çalışıb. Ötən əsrin 60-cı illərindən ədəbi fəaliyyətə başlayan Vahid Əzizin yaradıcılığında sevgi motivi daim öndə olub. Onun şeirlərinə bəstələnmiş mahnılar milli musiqi xəzinəmizin ən gözəl nümunələrindəndir. Şairin yaradıcılığına ən yüksək dəyər isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq şairi fəxri adının verilməsi olub.

Sonra söz Vahid Əzizə verilib. Görkəmli şair Zəfərimizin beşinci ilində keçirilən görüşdə müəllifi olduğu “Mübarəkdir!” şeirini səsləndirib, qələbəmizin Azərbaycan tarixinin qızıl səhifəsinə çevrildiyini deyib.

Daha sonra tanınmış şair yaradıcılığının ən sevilən şeirlərini səsləndirib, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşlarının ifasında Vahid Əzizin şeirlərinə bəstələnən musiqilər ifa olunub.

Sonda BDU rektoru Elçin Babayev görüşdə iştirakına görə Vahid Əzizə təşəkkür edib.








Son xəbərlər

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031