“Carlsberg Azerbaijan” növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya dəstək olub. Sentyabrın 1-dən 20-nə qədər davam edən aksiya Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı çimərliklərini əhatə edib.

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən aksiyanın məqsədi Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, əhalini təkrar emal istiqamətində maarifləndirmək və ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

“Xəzəri Qoruyaq!”çərçivəsində yekun təmizlik aksiyası Bakının Bilgəh çimərliyində baş tutub. Bu il ümumilikdə 1300-dən çox könüllünün iştirakı ilə çimərlik ərazilərindən 5 tondan çox tullantı toplanılıb.

“Carlsberg Azerbaijan” komandası da aksiyada aktiv iştirak edərək Xəzər çimərliklərinin tullantılardan təmizlənməsinə öz töhfəsini verib. Şirkət, həmçinin aksiya boyunca könüllüləri ölkədə ilk yerli istehsal olunan 0.0 alkoqollu içki “Xırdalan 0.0” ilə də təmin edib.

“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis bildirib ki, şirkət özünün qlobal “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasına uyğun olaraq fəaliyyət göstərdiyi ölkələrdə ekoloji layihələrə dəstək olur: “Altı ildən artıqdır ki, “Carlsberg Azerbaijan” “Xəzəri Qoruyaq!” kampaniyasının mühüm tərəfdaşlarından biridir. Biz bu illər ərzində ekoloji dəyərlərin qorunması və tullantısız gələcəyin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Bu gün əməkdaşlarımız və tərəfdaşlarımızla birgə sahildə keçirdiyimiz aksiyada toplanan tullantıların həcmi göstərir ki, birgə səylərimiz real nəticə verir. Gələcəkdə daha çox şirkət və təşkilatın bu təşəbbüsə qoşulacağına inanıram və hər kəsi daha təmiz Xəzər naminə həmrəyliyə çağırıram”.

“Carlsberg Azerbaijan” ilə yanaşı aksiyanın əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola”, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “EcoHub” ekoloji platforması, “AmCham”, “PwC Azərbaycan” və “McDonald's” şirkətləri olublar.

Xatırladaq ki, 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, bu təşəbbüsdə iştirak edir.

Qeyd edək ki, “Birlikdə SIFIRA doğru və daha İrəli” adlı qlobal dayanıqlı inkişaf proqramı “Carlsberg Group”un 2040-cı ilə qədər bütün dəyər zənciri üzrə bir sıra istiqamətlərdə ətraf mühitə təsiri azaltmaq üçün hazırladığı strategiyadır.

Şirkət həmin strategiyaya uyğun olaraq SIFIR karbon izi, SIFIR kənd təsərrüfatı tullantısı, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak, SIFIR qablaşdırma tullantısı və SIFIR bədbəxt hadisə ambisiyaları ilə davamlılıq proqramını icra edir.

#XəzəriQoruyaq #CoastalCleanup





Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930