Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş bu konsertin dinləyicisi olmaq mənim üçün böyük bir məmnuniyyətdir. Bu tədbir sayəsində mən Azərbaycan musiqisinin nəhəng simalarından biri – Üzeyir Hacıbəyli ilə daha yaxından tanış olmaq fürsəti qazanıram. O, Şərq dünyasında opera sənətinin banilərindən biri kimi xüsusi yer tutur və belə bir bəstəkarın yaradıcılığı ilə tanış olmaq mənim üçün həm böyük şərəfdir, həm də sonsuz maraq doğurur.

Bu fikri UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertin dinləyicisi fransız vəkil Alən Tremolyer AZƏRTAC-a müsahibəsində deyib.

“Bu axşam səhnədə çıxış edəcək üç musiqiçini şəxsən tanıyıram və onların ifalarını səbirsizliklə gözləyirəm. Konsert proqramı həm emosional, həm də intellektual baxımdan zəngin təəssüratlar yaradıb”, - deyə A.Tremolyer Şuşa səfərindən də söz açıb.

“Üzeyir Hacıbəyli Qarabağın incisi olan Şuşa şəhərində dünyaya gəlib. Mən özüm də Şuşada olmuşam və orada keçirdiyim gözəl anlar yaddaşıma dərin iz salıb. Bəlkə də birbaşa müqayisə etmək tam uyğun deyil, amma mən Şuşanı Fransanın Avinyon şəhəri ilə müəyyən mənada oxşar görürəm. Hər iki şəhər mədəniyyətin canlı mərkəzləridir – poeziya, musiqi, rəqs və yaradıcılıqla dolu məkanlardır. Onlar tarixlə, ruhla və incəsənətlə nəfəs alırlar.

Üzeyir Hacıbəylinin irsi təkcə Azərbaycan musiqisinin deyil, bütün Şərq mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Bu gün onun yaradıcılığı dünya musiqi xəzinəsinin parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Belə bir dahi sənətkarın yubileyinə həsr olunmuş konsertdə iştirak etmək mənim üçün unudulmaz təcrübədir”, - deyə fransız vəkil vurğulayıb.

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930