Xəbərlər
18.09.2025, 00:16
BRİLYANT QURBANOVA : Nurlu gələcəyə zəfər səsiydi - FOTO
*ZƏFƏR SƏSİYDİ*
Düşmənin hədəfi olmuşdu bu yer,
Hər tərəf odlanıb kül qoxuyurdu.
Dağılmış evlərdən nişanə yoxdu,
Burda sevinc susub, qəm oxuyurdu.
Təsadüf sağ qalan körpə qızcığaz,
Gəzirdi alovun, odun içində.
Hər şey parçalanıb tikələnmişdi,
Yüz karvan gedirdi sarvan köçündə.
Yanaraq qaralmış torpağın üstə,
Gözünə ağ çiçək toxundu qızın.
Silib gözlərini, çökdü aşağı,
Ətrini hiss etdi bir anlıq yazın.
Bu nə möcüzəydi, bu nə sirr idi?
Alovun içində yaşayırdı o.
Bəlkə də məhv olmuş bir ailənin,
Ruhunu canında daşıyırdı o.
Birdən ölənləri düşdü yadına,
Sanki çiçək qıza nəsə deyirdi...
Hərdən də torpağa silib göz yaşın,
Gah sağa, gah sola boynun əyirdi.
Atası, anası, balaca dostu,
Bəlkə bələkdəki qardaşıydı bu?
Nəvələr nənəni çox istəyirlər,
Bəlkə nənəsinin "baş daşıydı" bu?
Əlini uzadıb dərmək istədi,
Ancaq qoparmağa gəlmədi əli.
O körpə qəlbindən qopan sözlərlə,
Balaca çiçəyi oxşadı dili.
Ağ çiçək səadət rəmzi olaraq,
Allahın sabaha bir müjdəsiydi.
Ay Atəş, bu xalqın dünyanı tutan,
Nurlu gələcəyə zəfər səsiydi.
Hər tərəf odlanıb kül qoxuyurdu.
Dağılmış evlərdən nişanə yoxdu,
Burda sevinc susub, qəm oxuyurdu.
Təsadüf sağ qalan körpə qızcığaz,
Gəzirdi alovun, odun içində.
Hər şey parçalanıb tikələnmişdi,
Yüz karvan gedirdi sarvan köçündə.
Yanaraq qaralmış torpağın üstə,
Gözünə ağ çiçək toxundu qızın.
Silib gözlərini, çökdü aşağı,
Ətrini hiss etdi bir anlıq yazın.
Bu nə möcüzəydi, bu nə sirr idi?
Alovun içində yaşayırdı o.
Bəlkə də məhv olmuş bir ailənin,
Ruhunu canında daşıyırdı o.
Birdən ölənləri düşdü yadına,
Sanki çiçək qıza nəsə deyirdi...
Hərdən də torpağa silib göz yaşın,
Gah sağa, gah sola boynun əyirdi.
Atası, anası, balaca dostu,
Bəlkə bələkdəki qardaşıydı bu?
Nəvələr nənəni çox istəyirlər,
Bəlkə nənəsinin "baş daşıydı" bu?
Əlini uzadıb dərmək istədi,
Ancaq qoparmağa gəlmədi əli.
O körpə qəlbindən qopan sözlərlə,
Balaca çiçəyi oxşadı dili.
Ağ çiçək səadət rəmzi olaraq,
Allahın sabaha bir müjdəsiydi.
Ay Atəş, bu xalqın dünyanı tutan,
Nurlu gələcəyə zəfər səsiydi.
*12.09.2025*
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




