1 senyabr 1950-ci il... Bu tarixdə dünyaya gəlmişdi bu sevimli insan.
Yaşasaydı 75 illik yubileyi qeyd olunacaqdır.
Buna onun mənəvi haqqı da çatırdı...


O, jurnalist və söz adamlarının, ümumilikdə çoxunun-haqqın, ədalətin, düzlüyün dostu və arxası idi. Hamıya diqqət yetirməyi bacarırdı. Olduqca diqqətcil, dövlətini sevən idi.
Bu gün söz adamları - "İsmayıllı Yazarları "ədəbi-ictimai birliyinin üzvüləri "qapısı bircə dəfə açılıb, bircə dəfə örtülən evi "- nə
gəldilər. Onu ziyarət etdilər. Ruhuna dualar oxudular, - Allah rəhmət eləsin dedilər, ürəkdən! Baxın, budur ölməzlik, budur öləndən sonra yaşamaq...
Xeyirxah və nəcib adamlar dünyalarını dəyişdikdən sonra xatirələrdə yaşayırlar.
Dostluq illərimin çiyindaşı, iqtisad elmləri doktoru, əsl ziyalı Mirdaməd Sadıqov kimi.


Olduqca həssas bir insan idi, Mirdaməd müəllim! Baməzə, zarafatcıl, vətənpərvər və xoşsifətliyi ilə başqalarından həmişə fərqlənirdi.
Mirdaməd Sadıqov deyib-gülən, şirin söhbəti, gözəl lətifələri ilə hamını heyran qoyan bir insan idi. O, söz adamlarını çox sevərdi. Çünki özü söz adamı idi. İqtisadkı olmasına baxmayaraq Azərbaycan və xarici ədəbiyyatı mükəmməl bilirdi. Hazırcavab idi, daim mütaliə edən, hazırlıqlı, yeniliyi rəğbətlə qarşılıyan və onlara yaradıcı yanaşan müəllim idi. Dostluqda sədaqətli, möhkəm, gözəllik vurğunu idi.

"İsmayıllı Yazarları " ədəbi-ictimai birliyinin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu, Murad Məhərrəmov, Rüstəm Məbudoğlu, Cəbrayıl Hüseyn, şair, publisist Hacıməmməd Məmmədov, gözəl insan, feleytonlar ustası Cavanşir Canalıyev, hörmətli, sevimli insan, şair, publisist Tahir Rəcəbov və mərhumun yaxın adamları bu gün ziyalı, əsl insan Mirdaməd Sadıqovu cənnətdəki 75 illik yubiley ilə əlaqədar ziyarət etdilər. Ruhuna dualar oxudular...

Onun nurlu çöhrəsi, əziz xatirəsi heç vaxt unudulan deyil. Çünki Mirdaməd alim olmaqla bərabər, əsl vətəndaş, gözəl insan idi. Çox təəssüf ki, gözümün önünə ciddi baxışlı, gülərüzlü, şirinsözlü dostumun özü yox, onun xatirələri gəlir. Mən o xatirələrlə yaşayıram.
Ruhun şad olsun, əziz İNSAN! Amin ya Rəbbim!

HACIMƏMMƏD MƏMMƏDOV

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930