70 yaşlı yazıçı-publisist Salman Alıoğlu qəliblərə sığan deyil...


Torpağı üstündə doğulub boya-başa çatmış övladları yurdlaşdırıb, vətənləşdirirlər. Torpağa, Yurda, Vətənə maddi nemətləri ulu Tanrı pay verdiyi kimi, mənəvi sərvətləri, qürur və iftixarı da övladları bəxş edirlər. Övlad üzağlığı Vətənin üzağlığıdır, övlad vüqarı Vətənin başucalığıdır. Övladları Vətənin elə bir qiymətli xəzinəsidir ki, onun dəyəri də, vəzni də, çəkisi də, əyarı da məhz bu xəzinə ilə ölçülür. Böyük Türk Dünyasının ana yurdu saydığımız əziz Azərbaycanımız daim öz layiqli övladlarının çiyinlərində zamanın keşməkeşli burulğanlarına sinə gərib işıqlı sabahına, xoş gələcəyinə doğru inam və ləyaqətlə irəliyə addımlayıb.
Xalqımız tarixin amansız və sərt dolanbaclarından keçib, Qazan xanlarına, Koroğlularına, Babəklərinə, Cavanşirlərinə, Xətailərinə, Pənah xanlarına, Cavad xanlarına, Qaçaq Nəbilərinə güvənə-güvənə gəlib XXI əsrin astanasını da adlamaqdadır.
Tarixin çoxəsrlik astanasında Azərbaycanımızın əldə etdiyi ən böyük tarixi nailiyyət onun dövlət müstəqilliyini qazanmasıdır. Ləyaqətli və şərəfli övladlarının qanı bahasına əldə etdiyi dövlət müstəqilliyi! Daimi vəəbədi dövlət müstəqilliyi!
Onlarla azəri övladı dünya korifeyləri sırasına çıxıb, əbədi olaraq “millətimizin imzasını imzalar içinə atıb”.


***

O, 70 yaşında 60, 60-ında 50, 50 yaşda 40 yaşlı insandan xeyli cavan görünür. Tükənməz həvəsiylə, çılğınlığıyla, qaynar çalışqanlığıyla, yenilikçi düşüncə və yanaşmalarıyla!
Amma o, 20-30 yaşı olanda 40-50 yaşlı, 40-50 yaşa çatanda 70-75 yaşlı, 60-na yetişəndə 80-ni adlamış ağsaqqallar kimi dərindir.

Salman Alıoğlu parlaqdır.

Bir şair kimi də, bir publisist kimi də, bir jurnalist kimi də, bir ziyalı və nəhayət, bir insan olaraq da.
O qədər parlaqdır ki, onu görməmək və dəyərləndirməmək mümkün deyil. Bu vaxtacan onu əsl böyüklüyü və dəyəri ilə görüblər də, qiymətləndiriblər də.
Ona heç vaxt qısqanclıq olmayıb, həsəd də, çaşqınlıq da, təkəbbür də.
Bir sadə ailədə böyümüş kənd uşağının bunca üstünlüyünü, bunca çağdaşlığını lap qabiliyyətləri, istedadları olsa da, yağ içində böyrək kimi bəslənmişlərin, həyatın sərt sifətlərini duymadan böyümüşlərin elə belə olmalıymış kimi, asanca qəbul və həzm etməsi çətindir.

Salman Alıoğlu 55-cilər nəslindəndir.


Onun Azərbaycan yazı, ədəbi zövq, ötkəm düşüncə mühitinə gətirdiklərinin nə qədər faydalı, təsirgöstərən, yolaçan olduğunu ədalətli qiymət verməyi bacaranlar indi dünənlərə vaxtın hündürlüyündən nəzər salarkən təsdiqləyə bilərlər.

Salman Alıoğlu qəliblərə sığan deyil...


Yazıları ilə, çalışdığı media orqanlarında cəlb etdiyi müəlliflər və onlarla apardığı söhbətlərlə, redaktə demokratiyası və mədəniyyəti ilə.
“Redaktə” deyəndə ki, S.Alıoğlu hər müəllifin üslubuna, yazı tərzinə sayğının ovaxtadək Azərbaycan Sovet mətbuatında kimsənin müşahidə etmədiyi adil örnəyini yaradıb (şəksiz bu da hökmən ayrıca vurğulanmalıdır ki, həm Salman Babayevin özünün azadlığının, həm də çalışdığı qəzetlərdə əməkdaşlığa dəvət etdiklərinə yaratdığı sərbəstliyin dayaq nöqtəsi jurnalistika olub).
S.Babayevi bütövlüyü ilə tanımaq üçün bu gün artıq onsuz qalarkən bütün yazdıqlarını başdan-sona oxumaq kifayət etmir. Salmanı mübarizələri, mahiyyəti və tam tutumu, çəkisi ilə qavramaqdan ötrü onu arxada qalmış keşməkeşli onillərin axarında izləmək gərəkdir. Bu halda Salman Alıoğlunun Azərbaycan yazı və düşüncə aləmindəki əvəzsiz yeri bütün dərinliyi və genişliyi ilə görünəcək...

Salman Alıoğlu rahat həyat yaşamayıb.

Ömrünün ən şux çağları Azərbaycanımızın ən narahat - Qarabağ müharibəsi dövrünə düşüb. Narahat zamanda, müharibənin lap başlanğıcında gənclik illərini yaşadı.
Salmanı Bakıya gəldiyi, ali məktəbə daxil olduğu, ədəbi aləmə qatıldığı, yenicə işıq üzü görən “Qarabağ”la əməkdaşlıq etdiyi dövrdən tanıyıram. Bir tələbə yoldaşı kimi zaman-zaman onu izləmişəm, problemlərindən xəbərim olub, uğurlarına sevinmişəm.
Şahidiyəm ki, o, zövqünə uyğun geyim-kecim almaq, ailəsini dolandırmaq üçün nə qədər əziyyət çəkib, özünü necə oda-közə vurub.
Elə bu günə kimi də dolanışığı ortababdan o yana keçməyib. Lakin yaradıcılıqda Salman yolunun lap başlanğıcından son nəfəsinə qədər adilikdən çox uzaq olub.
Ortabablığa, bəsitliyə, basmaqəlibliyə həmişə qənim kəsilib, daim təzə söz deməyə, tam səmimi olmağa, tapdanmamış yollar açmağa can atıb.
Qeyd etdiyim kimi, Salmanla mən 1986-cı ildə, hələ qəbul imtahanlarına gələrkən Bakı Dövlət Universitetinin həyətində tanış oldum və aramızda xeyli yaş fərqi olmasına baxmayaraq, elə ilk təmaslarımızdan sonra auditoriyada da səmimi dostluq münasibətlərimiz yarandı.
Universitetin 4-cü kursunda oxuyanda yaz imtahanlarının birində eşitdim ki, təzə qəzet işıq üzü görəcək. Təxminən adının “Qarabağ” olduğunu bildim. Lap az sonra mən də Bakıya gələsi oldum. “Ədalət” adlı qəzetin də tezliklə çap xəbərini aldım. Onda dayı kimi müraciət etdiyim Rəşid Faxralı bu qəzetin məsul katibi kimi işə götürülmüşdü. Mən də onun yanında fırlanırdım. Bakıya iş dalınca gəlmişdim, amma alınmadığı üçün özümə yer tapa bilmirdim. Təkliflər var idi, amma real deyildi. Bir gün “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas mənimlə maraqlandı. Mən cavab verənə kimi, Rəşid Faxralı tələbə yoldaşının olduğunu vurğuladı. Bu sözə kimi Aqil müəllim mənim avara, sərgərdan biri olduğumu zənn etmişdi. Aqil müəllim məni də bu qəzetə işə götürdü. Yavaş-yavaş mətbuat işçilərini, mogikan qələm sahiblərini tanımağa başlayırdım. “Qarabağ”la qapımız üzbəüz idi. Demək olar ki, bir-birimizə gedib gəlirdik. Artıq Salmanla da burada tez-tez rastlaşırdıq.
Az sonra Salman Alıoğlu “Ədalət” qəzetində fəaliyyətini davam etdirməli oldu. Artıq biz təkcə tələbə yoldaşı yox, eyni redaksiyada iş yoldaşı idik. Salmanın publisistikası, poeziyası ümumi axında dərhal seçilən olduğu kimi, onun “Ədalət”dəki fəaliyyəti, fərdi yaradıcılığı, müxtəlif janrlarda hansısa yazını qələmə almaq manerası da büsbütün fərqli idi. Müxtəli səpkili müsahibələri canlılığı, təbiiliyi ilə fərqlənirdi.
Bəs jurnalistikadakı, publisistikadakı belə təsirli, cəlbedici, canayatan cəhətləri Salman haradan öyrənmişdi, hansı müəllimlərdən mənimsəmişdi?
Təbii ki, ilk növbədə böyüdüyü ailədən, sonra orta məktəb müəllimlərindən, lap sonra isə ali məktəb pedaqoqlarından. Ən böyük müəllimi isə HƏYAT olub.
Gəlin onu bir az yaxından tanıyaq.


1955-ci ildə Ağdam rayonunda dünyaya göz açmış Salman Babayevin ilk məqaləsi dövri mətbuatda 1971-ci ildə işıq üzü görüb. İndiyədək 25 müxtəlif adda qəzet və jurnalda 5 mindən artıq məqaləsi dərc edilib. O, jurnalist fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. İndiyədək Qarabağ mövzusunda və müharibə faciələrinə həsr olunan “Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan” və “Gözü yolda qalan var” kitabları nəşr edilib. Müəllifi olduğu “Müharibə” kitabı 1995-ci ildə bu mövzuda yazılmış əsərlərin müsabiqəsində ikinci yerə layiq görülüb. Bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
“Ağdam” rayon qəzetindən başlayan yaradıcılıq yolu “Qarabağ”, “Ədalət” və “Respublika” qəzetlərində davam edib.

***


Salman Alıoğlu - içərisi gepgeniş olan bu nadir istedad sahibi həyatı uzunu mühitin doğurduğu saysız-hesabsız darısqallıqlardan, məhdudiyyətlərdən, maneələrdən aşa-aşa yazıb-yaradıb.
Və ən əsası odur ki, heç vaxt da müti olmayıb, löyün-löyün darısqallıqların əsirinə çevrilməyib, özünü, sözünü hər an qoruya bilib.

***


Salman hiss adamıdır, ürək adamıdır, qəlbi onu nəyə, kimə doğru çəkibsə, o haqda da yazıb və kimsəyə bənzəməyən tərzdə yazıb.

Salman Alıoğlu zəngin bir irs, rəngarəng yaradıcılıq dünyasını yaradıb.


Kim Salman Alıoğlu adı çəkilirkən heyranlığını, məmnunluğunu, minnətdarlığını ifadə etmirsə, demək, bu parlaq yaradıcıya və bu qiymətli irsə bələd deyil.
Heç kimi qınamıram. Gərək elə edək ki, bələd olsunlar!
Hər birimiz kimi Salman da mələk deyil, onun da bir insan və dost, yoldaş olaraq elə xüsusiyyətləri var ki, birmənalı qəbul etmək çətindir. Amma mən Salmanı həmişə bütün tərəfləri ilə qəbul edib sevmişəm, bu gün də həmin istək qəlbimdədir...
Və sonda əziz qardaşımızı, sevimli tələbə yoldaşımızı, dəyərli jurnalist, istedadlı publisist, şair Salman Alıoğlunu 70 illik yubileyi münasibətilə qəlbən təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları və şəxsi həyatında, qəlbinn dərilnliyində qalmış arzu və istəklərinə çatmağı diləyirəm.
Daşdəmir ƏJDƏROĞLU





Son xəbərlər

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

SÖZÜN KAPİTANI - FOTO

Cümşüd Aydəmir : Ağsaqqaldı,artıq səksən yaşında - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031