İstirahət günümüzün zarafat şeiri
QIYQACILAR ARASINDA
(Məzəli - düzəli)


...Əlimdə düz əl görmədim;
Gözlər acı-acı baxır.
Düznəzər gözəl görmədim;
Hamısı qıyqacı baxır.

Çox səfərlərdə bulundum,
Yenə bitanəmi andım;
Öz pak sevgimə inandım,
Duydum ayrılıq od yaxır...

Gözəllər cənginə düşdüm,
"Tost"lar ahənginə düşdüm,
Baş-qulaq dənginə düşdüm,
Gördüm xumar gözlər axır.

Bəlkə rübai yaradım --
deyə Xəyyamı aradım?!
Nə müşkül arzu-muradım?!
"Yeddi gözəl" ondan ağır!..

Bilməm necə görüşmüşdüm,
Mən bir küncdə bürüşmüşdüm,
Əllərə göydən düşmüşdüm;
Başımda şimşəklər çaxır.

Hərə bir badə qaldırdı,
Araq, ya visgi doldurdu...
İçmədim, qız tənə vurdu...
Dedim:-şeytan, mənə caxır!

Mənə də süzüb, vurdular,
Canımı üzüb, durdular,
Sonra qızıb, qudurdular!
Susub qaldım və ilaxır...

Biri dedi:-Mən "kişiyəm",
Kür kişinin kişmişiyəm...
Biri söylədi:-Pişiyəm,
Miyoltum "mi"- çığır-bağır.

Cümlə sərxoş, mənsə yayıq,
Fikrim aydın, başım ayıq.
Bizi aparan bu "qayıq"
Hansı sahilə çıxarır?..

Qəribədir tale-baxtım;
Süzgün nəzərdən darıxdım...
Bir qıyqacı cavab üçün
Dönüb mən də yana baxdım,
Ancaq yana-yana baxdım!--
Bu da final, bu da axır...

31.08.2025.


Son xəbərlər

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031