Xəbərlər
24.08.2025, 13:52
TƏRANƏ MƏFTUN : RƏHM ET,AY ALLAH - FOTO
Köç karvanım yığılıbdır deyəsən,
Öz köçümü yavaş -yavaş yığım mən.
Nə küləkdir hər tərəfimdən əsən,
Bulud olub gözlərimdən yağım mən.
Gör nə qədər arzu var ürəyimdə,
Xəstəliyin qandalı biləyimdə.
Bu dünyanın dərd yükü kürəyimdə,
Sol tərəfim boran,qışdır, sağım-çən.
Nəvələrim hələ körpə fidandır,
Döyünən ürəyim,damarda qandır.
Həyat -ölüm arası bircə andır,
Ay Allah, ümidim,həyat bağım sən,
Rəhm et günün görüm sağalmağın mən.
Öz köçümü yavaş -yavaş yığım mən.
Nə küləkdir hər tərəfimdən əsən,
Bulud olub gözlərimdən yağım mən.
Gör nə qədər arzu var ürəyimdə,
Xəstəliyin qandalı biləyimdə.
Bu dünyanın dərd yükü kürəyimdə,
Sol tərəfim boran,qışdır, sağım-çən.
Nəvələrim hələ körpə fidandır,
Döyünən ürəyim,damarda qandır.
Həyat -ölüm arası bircə andır,
Ay Allah, ümidim,həyat bağım sən,
Rəhm et günün görüm sağalmağın mən.
24.08.2025 13:00 VII gün
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



