Desəm öldürəl lər, deməsəm, ölləm!
Dərman, yoxsa dərdverən?
Apteklərdə dərmanlar eyni qiymətə satılmır,
Yaxud satıcılar xəstələrə “atırlar”, yoxsa satdıranlar aranı qatıllar?

Bu gün, gizli deyil ki, gündəlik ərzaqdan daha çox dərmana möhtacıq. Bilmirsən bunu da qəsdən yaradıblar (dünyada təbii sərvətlər uğrunda yaradılan milli, etnik... münaqişə və müharibələr kimi), yoxsa, bizim “işbazlar (oxu, “ASbazlar”) qazanc naminə hər şeylərindən keçiblər?
Ölkədə nə məvaciblə, nə də sosial təqaüdlə heç kim sağlamlığını özü qoruya bilmir. Çünki, “bazarlar od tutub yanır” (elə yansa yaxşıdı, meşələr, əkin-biçin sahələrini isə qəsdən yandırırlar yəqin), qiymətlər “ceyranın belində”, cib boş, üz isə qaradır.
Bir neçə il bundan öncə Onkoloji Mərkəzdə bir həkim ailəmizə nifaq salmaq istədi, bacarmadı (kimyaterapiyanı əvəz edən “ herseptin”lə bağlı). Mənə bir cür, xəstəyə isə başqa formada başa salmağa çalışmışdı ki, “onsuz da bu iynə-dərmanın nə xeyiri var ki, müvəqqətidir: beş-on gün üçündür.
Yurnalsit araşdırmalarımın nəticəsi olaraq, öyrəndim ki, həmin bahalı iynənin bir kursu, 250-300 manatdır. Bizə 25 kursluq lazım idi. Bizə bir kursu 1500-1800 manata satdılar. Sonra başqa bir “firma”dan bizə dedilər ki, guya ki, həmin dərmanın-iynənin xeyiri yoxdu, əsas iynə 2000 manatdır. Həmin “firma”nın da həmin dərman mafiozunun özünün olduğunu da öyrəndik. Həmin mərkəzdən (əsl insan sağlamlığı ilə alver burada imiş) canımızı götürüb qaçmalı olduq. Şükür bu günə ki, 4-5 ildir, xəstəmiz hələ ki el arasında deyildi kimi, “turp kimidir”. Onu pul qopartmaq naminə kimyaterapiya eləsələr də...

Bu gün Bakı şəhərinin apteklərinə (həmişə iynə-dərman aldığımız ünvana) baş çəkib, “fareston” adlı bir aylıq tabiletkanı almaq istədim. Bir ay bundan öncə həmin həbin bir qutusunu müxtəlif apteklərdən müxtəlif qiymətlərə olduğunu öyrənib, metronun “20 Yanvar” stansiyasına yaxın (Onkoloji Mərkəzə gedən yolun kənarında (metroya yaxın) iki aptekə baş çəkib ( bir ay bundan öncə həmin apteklərin birində bir qutunun qiymətini 50, digərində isə 54 manata olduğunu demişdilər) 50 manatdan almışdım. Bu apteklərdəki qiymət fərqini öyrənmək istəyəndə üstümə elə töküldülər ki, az qala, aldığılm dərmanı da aptekdə qoyub canımı qurtarmağa çalışdım. Əsəbdən təzyiq və şəkərimin “kəllə-çarxa” qalxdığını demirəm.

Axır ki, məcbur qalıb bu gün də həmin apteklərə baş çəkdim, həmin dərmanı almaq üçün. Aptekdə dərmansatan xanım kompyuterə baxıb dedi:
-Dayı, 50 manat deyil, 59 manatdır dərman.
Mən bir ay bundan öncə buradan dərmanı 50 manata aldığımı və hələ Taarif Şurasının qiymətləri qaldırmadığını dedim. Əlavə etdim ki, mən mətbuat adamı olduğum üçün bütün rəsmi, qeyri-rəsmi artırılan qiymətlərdən xəbərdaram. Dərmanlarda artım olmayıb.
Məni “ borcu çıxartmağa” çalışan xanım bir haray-həşir qopratdı ki, “az qala, polis çağıracaqdı ki, onu təhqir edirəm. Mən isə etika xatirinə, “yaxşı, özüm öyrənərəm”,-deyib, yaxınlaqdakı aptekə baş çəkdim. Mən ora gedənədək həmin aptekə xəbəri necə vermişdilərsə, heç ağzımı açıb dərmanı soruşmamışdan özünü biabır etdi satıcı xanım:
-Siz keçən dəfə bu iki aptekdən dərman alıb, bizi üz-üzə qoymusunuz. Sizə veriləcək, satılacaq dərmanımız yoxdu!
Bir ay bundan qabaq biabır etməmişdim. Mən onların birindən 50 manata dərman alıb, o birisindən 54 manata niyə satdıqlarını soruşmuşdum. Sən demə, mənə 50 manata dərman satan xanım da burada imiş. Mənə dönüb baxıb nə desə yaxşıdı:
-Utanmırsız, saçınızdan-saqqalınızdan?! Bizdən aldınız da, yazığımız gəldi sizə! 55 manatlıq dərmanı 50 manata satdıq ki, bizi bu aptekdə biabır edəsiniz?1
Əlim qaldmışdı üzümdə. Bu gün isə ssenari başqa cür oldu. Bu iki aptekdə çalışanlar Yasamal rayonu ərazisindəki (“İnşaatçılar” metrostansiyası ətrafını nəzərdə tuturam) apteklərə elə xəbər vermişdi ki, hansına baş çəkdimsə, kompyuterə-zada baxmadan “Yoxdu-yox, axtarmayın, qurtarıb, hələ bir neçə gün də olmayacaq, depoda da yoxdu”,-deyib məni “başlarından elədilər”.
Həmin “tapılmayan” dərmanı şəhərdən, başqa ünvandan tapıb-aldım, şükür! Amma xstələri (hətta, baxın, xərçəng xəstələrini) ümidsizliyə qapılamağa səbəb olan, şəkər və təzyiqdən əziyyət çəkən xəstə yiyələrinin əsəblərini darmadağın edən belə satıcılara nə ad verək?!
Kim bu acınacaqlı vəziyyəti yaradıb? Səhiyyə Nazirliyi, görəsən, bu məsələyə məsuliyyət daşıyır, yoxsa, apteklər özlək qurumdurlar? Bilmirəm, açığı, bilmək istəyirəm. Hara müraciət edək ki, qəfil yoxlamalarla apteklərdəki hərc-mərcliyə son qoyulsun?!
Bəyənmədiyimiz əski sovetlər dönəmində istənilən müəssisəyə mətbuatın daxil olmaq səlahiyyətləri var idi. Dövlət və qeyri-hökumət təşkilatları və ictimai nəzarət funksiyalı qurumlarla redaksiya əməkdaşlarının birgə reydi belə biabırçılıqların qarşısını alırdı. Bu gün isə heç bir xidmət, istehsal və satış müəssisələrinə nə nəzarət edilir, nə də reydlər keçirilir. “Başlı-başınalıq” , hətta “küçə alveri”nə elə yol açıb ki, küçələrddən mə maşın, nə də piyada keçə bilir. Bizim Müşfiqabad qəsəbəsinin bərbadlığı da göz qabağındadır. Nə isə...
Başınıza gəlməyibsə, gəlməsin, ey xəstə sahibləri!
Mən aptekdə məni polislə hədələməyə çalışan, yalandan “qara-qışqırıq salan” “zərif məxluq”lara söz vermişdim ki, bu məsələni ictimailəşdirəcəyəm. Sizin arxanızda harın məmurlar dayanırsa, mənim isə müstəqil dövlətim, azad, əhalisi firavan yaşayan ölkəm və dünya liderləri arasında birinci olan Prezidentim və qanunun aliliyi dayanıb! Görək, mənim sözümün kəsəri olur, yoxsa sizinki!
İndi özüm özümə sual verirəm: aldığıma dərman, yoxsa dərdverən deyim?! Apteklərdə dərmanlar eyni qiymətə satılmır, satıcılar xəstələrə “atırlar”, yoxsa satdıranlar aranı qatırlar?
Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı tədqiqatçı jurnalist,
“Yenilik-press” qəzetinin baş redaktoru

Son xəbərlər

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031