Xəbərlər
20.08.2025, 21:50
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal qazanıb
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.
Günay Qurbanova (59 kiloqram) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay