
Xəbərlər
20.08.2025, 21:20
Brilyant Qurbanova : Mən Tovuz elinin nazlı qızıyam - FOTOLAR
Qızıyam
Bilmək istəyirsən hardanam, qağa?
Mən Tovuz elinin nazlı qızıyam.
Məkanım Qovlara canım sadağa,
Bu elin söhbətli, sazlı qızıyam.
Ruha qida verir sazın telləri,
Çəməni, çiçəyi, bağda gülləri,
Bu dağlar qoynunda yaşıl gölləri
Sonalı, ördəkli, qazlı qızıyam.
Atəşəm, ruhumdu göylərdə süzən,
Ədalət axtaran, Haqqını gəzən,
Camalım buludtək tutulur bəzən...
Bəzən də məzəli, duzlu qızıyam.
Mən Tovuz elinin nazlı qızıyam.
Məkanım Qovlara canım sadağa,
Bu elin söhbətli, sazlı qızıyam.
Ruha qida verir sazın telləri,
Çəməni, çiçəyi, bağda gülləri,
Bu dağlar qoynunda yaşıl gölləri
Sonalı, ördəkli, qazlı qızıyam.
Atəşəm, ruhumdu göylərdə süzən,
Ədalət axtaran, Haqqını gəzən,
Camalım buludtək tutulur bəzən...
Bəzən də məzəli, duzlu qızıyam.
20.08.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


