
Xəbərlər
18.08.2025, 21:31
YAŞADIĞIM SEVİNC, DÜNYAMIN RUH YAŞANTISIDI... - FOTOLAR
YAŞADIĞIM SEVİNC, DÜNYAMIN RUH YAŞANTISIDI...
Yollar var –
İçindən keçmədikcə
həqiqətini anlamazsan.
Könüllər var –
Qapısını döymədikcə
işığını görmməzsən.
İçindən keçmədikcə
həqiqətini anlamazsan.
Könüllər var –
Qapısını döymədikcə
işığını görmməzsən.
BU DÜNYA –
BİR XƏYAL QƏDƏR QISA,
BİR ƏBƏDİYYƏT QƏDƏR DƏRİNDİR.
BİR XƏYAL QƏDƏR QISA,
BİR ƏBƏDİYYƏT QƏDƏR DƏRİNDİR.
......................................
Əgər hamı görürsə zülmü,
Niyə heç kim dayanmır?
Əgər hər kəs bilir yalanı,
Niyə hamı susur?
Niyə heç kim dayanmır?
Əgər hər kəs bilir yalanı,
Niyə hamı susur?
Dünən, sevincli günlərimdən birini yaşayırdım. İlk əsgər nəvəmin vətənə xidmət borcu sayılan əsgəri and içmək mərasiminə növbəti illərdə, Allah mənə qismət edəcəksə əsgər yola salacağım digər nəvələrimlə birgə getmişdim. Çox sevincli idim...
Bu, mənim üçün ilk əsgər nəvəmin, vətənə, torpağa, dövlətə sədaqətlilik andına şahidliyim idi. Digər nəvələrimi görüşə aparmaqla və onları buna öyrəşdirmək istəyimin sevinci mənə əvəzolunmaz zövq verirdi...
Bəzədilmiş and içmə törəninin qırmızı örtüklü stolların, üzərində silah, əsgərlər gəlib sıra ilə düzülmüş komandirləri qarşısında əsgəri salamı verib, and içib, qürurla- "AZƏRBAYCAN DÖVLƏTİNƏ XİDMƏT EDİRƏM" - deməsi qəlbimi fərəhləndirdi və bir anlıq məni 46 il əvvəl keçirdiyim günlərə qaytardı...
1979-cu il avqust . Ukrayna Respublikası, Lvov vilayəti Ravaya-Ruskaya şəhəri. Piyada qoşunlar növü, sıravi əsgər, pulamyotçu.
Andiçmədən üç həftə sonra atam öz dostu ilə yanıma gəldi. Bir həftəlik mənim üçün məzuniyyət götürdülər. Bu işdə atama hərbi hissənin siyasi məsələlər üzrə, sonradan məni tez-tez qisas alırmış kimi naryadlara (xüsusi işlərə) göndərən rəisi, mayor A. İ. Yanikoviç kömək etmişdi. O, hər gecə axşamüstü saat 7-8 radələrində biz qaldığımız otelə gəlib, gecə saatlarına qədər yeyib-içirdi. Gedəndə də atam gil taksi tuturdular onu evinə yola salırdılar. Bir gün, əfsuslar olsun ki, özünün təkidi ilə sonuncu gün, - "gəzə-gəzə piyada gedəcəm" - dediyindən sonra taksi çağırmadılar. Bu bədbəxt oğlu da, piyan olduğundan gedib işıq dirəyinə necə çırpılmışdısa işə 3 gün qara eynəkdə gəldi. Ondan sonra mənim üçün demək olardı ki, yuxarıda yazdığım kimi "qaragünlər" başladı. Onun əlindən bu hadisədən 2 ay sonra Əfqanıstana, ölümün içinə göndərilməyimə uşaq kimi sevinirdim...
Bu gün andiçmədə əsgər valideynlərinin və bizim kimi digər yaxınların iştirakı məni həm sevindirirdi və həmdə düşündürürdü...
Millətimizin əsgər sevgisi, digər xalqların, lap 1941-1945 - ci il müharibəsində onları ölümün pəncəsindən qurtarmış millətlərdən çox idi.
Bu barədə həvəsim olsa sonralar danışacam...
Sözümün canı, indi yaşadığım bu sevincə "soğan doğramaq" istəməməyimdir...
Elə bu istəklə də xalqıma arzu edirəm ki, atalı-analı, babalı-nənəli hər bir kəsə uca Yaradan övladlarının bu sevincini yaşamasın qismət etsin...
SEVİNC, ÜSTƏGƏL SEVİNC...
Yol boyu, andiçmə törənində yaşadıqlarımın sevincinin dadını, yol yoldaşlığı etdiyim nəvələrə zarafatlar edərək yaddaşımda olan gözəl anların, epizodların surətin gözlərim önünə çıxarıb, təkrar yaşayırdım...
Telefonumun internet paketi qurtardığından gərəksiz bir əşya kimi qoymuşdum cibimə. Birdən saata baxmaq istəyimdən telefonu cibimdən çıxardım. Saatı bilib, həvəssiz whatsapp bölümünə keçdim.
Hələ 1976-cı illərdən tanıdığım, böyük, ağsaqqal bildiyim, həmişə hörmətin saxladığım, dəyərli jurnalist Ədalət Nəbibəylinin - "bəy, 3-cü şeiri sənə həsr etmişəm" - cümləsi sevincimin üstünə daha bir sevinc gətirdi. Dəyərli bir qələm adamının, müqəddəs şəxs bildiyim, müəllimim qədər sevdiyim insanın mənə şeir həsr etməsi nə qədər qürurverici idi. Bir onu yaşayanlar və bir də bu sevinci qismətimizə yazan Allah bilər... Bundan bir neçə gün öncə hörmətli şairimiz, hüquq elmi üzrə elmlər namizədi, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin sədri Raqif Nazimoğlunun yaradıcılığımdan nümunələr seçib, dostyana təhlil yazısınında da sevincimi qəlbən belə yaşamışdım...
Fikrimdə qətiləşdirmişdim ki, səhəri gün internet paketi yükləyərəm. Ancaq maraq mənə güc gəlsə də, evə çatmağmıza az qaldığından fikrimdə tutduğuma bu dəfə də əməl etdim. Evə çatan kimi ilk açıb baxdığım Ədalət bəyin göndərdiyi link oldu. Linki açıb mənə yazdığı şeiri birnəfəsə sona qədər oxudum. Yenidən bir neçə dəfə gözdən keçirib təkrarladım...
Təxminən bir həftə əvvəl, Raqif Nazimoğlu zəng edib harada olduğumu soruşdu və bildirdi ki, bəs Ədalət müəllimdə gələcək, vaxtın varsa səndə gəl. Tez, tələsik hazırlaşıb, çap olunan kitablarımın hərəsindən birin götürüb Ədalət müəllim üçün apardım. Kitabları Ədalət müəllimə verəndə xatırlatdım ki, o vaxtlar, 1976-1977-ci illərdə, rayon qəzetinin nəzdində rəhmətlik gözəl şair Camulla Mürşüdün rəhbərliyi altında ayda bir dəfə keçrilən Ədəbi Məclisdə gənc yazarlar tərəfindən səslənən şeir nümunələrinə "Ədalət Nəbi" imzası ilə xülasə və icmalda yazdığın fikirlərdən, kitabları oxuyandan sonra yazarsan. Çünki, həmin dövürlər mənim bir neçə şeirim, Ədalət müəllimin qələmində tövsiyyə xarakterli söz və misra-misra tənqid olunub. Çox zaman da, yazdığım şeir növbəti nömrədə çapa götürülməyəndə məcbur idim Ədalət Nəbi imzasında icmal və xülasəni gözləyim. O qədər mükəmməl, öyrədici və düşündürücü formada fikri çatdırırdı ki, adam sanki yenidən qaynayırdı. Ədalət müəllimin dürüst, dəqiq, qərəzsiz yanaşması həmişə mənim üçün örnək olub. Sevə-sevə oxumuşam. Tək öz yazıma münasibətin yox. Digər yaradıcı dostların şeirlərinə dair yazdığı fikirləri oxumaq mənim üçün bir məktəb idi.
HAQQ AYAQYALIN GƏZİR BU TORPAQDA...
Şair Elxas Comərdə
Bir nəfəslik işıq idik,
Qaranlığın qoynunda doğulmamış…
Sonra bir səs çağırdı bizi –
“Düş dünyaya,
Orda öyrənəcəksən
itirməyi…”
Biz ruh idik –
Saf, şəffaf, səsiz…
Sonra bədən gəldi,
Ad qoyduq adına: nəfs.
Nəfs gözlə gördü,
Ruh isə hisslə…
Nəfs istədi –
Daha çox, daha tez, daha hirsli.
Ruh isə gözləyirdi –
Səbir, sükut, səmimiyyət içində.
Dünya ikiyə bölündü o gündən:
Bir yanda işıq,
Bir yanda kölgə.
Haqq ayaqyalın gəzir bu torpaqda,
Zülm isə palazlı at minir.
Səssizlər daşlanır,
Qışqıranlar kürsüdə.
Kim haqq danışırsa –
O, “dəli” sayılır…
Əgər bu dünya ağıllılarınsa,
Niyə bu qədər qəbir var?
Əgər bura sevginin yeridirsə,
Niyə bu qədər nifrət böyüyür qəlblərdə?
Soruşuram səssizcə:
– “Ey ruh, haradasan?”
O cavab verir:
– “Susduğunda yanındayam…”
Əgər hamı görürsə zülmü,
Niyə heç kim dayanmır?
Əgər hər kəs bilir yalanı,
Niyə hamı susur?
Əgər dua edirsə hamı,
Kim eşidir o duaları?
Yollar var –
İçindən keçmədikcə
həqiqətini anlamazsan.
Könüllər var –
Qapısını döymədikcə
işığını görmməzsən.
Bu dünya –
bir xəyal qədər qısa,
bir əbədiyyət qədər dərindir.
Nəfs qışqırır: "Mən varam!"
Ruh pıçıldayır: "Sən yoxsan…"
Haqq, qardaş,
O – gözdə deyil,
O – vicdandadır.
Əgər içində bir titrəmə yoxdursa
bir uşağın göz yaşı üçün,
sən ölmüsən –
sadəcə, yeriyirsən…
Axtar, qardaşım…
Dünya səni aldadır –
amma ruh yalan danışmaz.
Qaranlıq gecələrdə
bir nur varsa,
bil ki, o – sənsən.
Çünki Haqq,
içimizdə gizlənib...
Sadəcə, onu eşidən
çox az qalıb.
Qaranlığın qoynunda doğulmamış…
Sonra bir səs çağırdı bizi –
“Düş dünyaya,
Orda öyrənəcəksən
itirməyi…”
Biz ruh idik –
Saf, şəffaf, səsiz…
Sonra bədən gəldi,
Ad qoyduq adına: nəfs.
Nəfs gözlə gördü,
Ruh isə hisslə…
Nəfs istədi –
Daha çox, daha tez, daha hirsli.
Ruh isə gözləyirdi –
Səbir, sükut, səmimiyyət içində.
Dünya ikiyə bölündü o gündən:
Bir yanda işıq,
Bir yanda kölgə.
Haqq ayaqyalın gəzir bu torpaqda,
Zülm isə palazlı at minir.
Səssizlər daşlanır,
Qışqıranlar kürsüdə.
Kim haqq danışırsa –
O, “dəli” sayılır…
Əgər bu dünya ağıllılarınsa,
Niyə bu qədər qəbir var?
Əgər bura sevginin yeridirsə,
Niyə bu qədər nifrət böyüyür qəlblərdə?
Soruşuram səssizcə:
– “Ey ruh, haradasan?”
O cavab verir:
– “Susduğunda yanındayam…”
Əgər hamı görürsə zülmü,
Niyə heç kim dayanmır?
Əgər hər kəs bilir yalanı,
Niyə hamı susur?
Əgər dua edirsə hamı,
Kim eşidir o duaları?
Yollar var –
İçindən keçmədikcə
həqiqətini anlamazsan.
Könüllər var –
Qapısını döymədikcə
işığını görmməzsən.
Bu dünya –
bir xəyal qədər qısa,
bir əbədiyyət qədər dərindir.
Nəfs qışqırır: "Mən varam!"
Ruh pıçıldayır: "Sən yoxsan…"
Haqq, qardaş,
O – gözdə deyil,
O – vicdandadır.
Əgər içində bir titrəmə yoxdursa
bir uşağın göz yaşı üçün,
sən ölmüsən –
sadəcə, yeriyirsən…
Axtar, qardaşım…
Dünya səni aldadır –
amma ruh yalan danışmaz.
Qaranlıq gecələrdə
bir nur varsa,
bil ki, o – sənsən.
Çünki Haqq,
içimizdə gizlənib...
Sadəcə, onu eşidən
çox az qalıb.
ƏDALƏT QARABULUD.
Ədalət müəllimin mənim yaradıcılığıma verdi dəyər nümunəsi olan bu şeirin hər sözü, hər misrası mənə mənəvi ruh verir, qürurlandırırdı. Axı, həmişə dəyər verdiyim, ondan öyrəndiyim, müəllimim saydığım Ədalət bəyin mənə həsr etdiyi bu şeir yaradıcılığıma bir mayak idi...
Bu ərəfədə Raqif müəllimlə danışdım, Ədalət bəyin mənə yazdığı şeirdən söz açdım. Sonra isə Ədalət bəylə danışdım. Ədalət müəllim hansısa dünya şeirimi təsirindən yazdığı,
- Soruşuram səssizcə:
– “Ey ruh, haradasan?”
O cavab verir:
– “Susduğunda yanındayam…”
– “Ey ruh, haradasan?”
O cavab verir:
– “Susduğunda yanındayam…”
P. S. Ədalət müəllim sırf qəzetçi, peşəkar jurnalistdir. Onun yaradıcılığın əvvəllərdə müşahidə etmişəm. Amma, onu geniş oxucu auditoriyayasına çıxarmaması məni həmişə düşündürüb. Lakin, bu barədə özündən heç nə soruşmamışam. Ancaq son zamanlar yazdığı və fb də paylaşdığı poema və şeirlərindəki fəlsəfi fikirlər, ibratamiz deyimlər məni çox məftun edib. Həmişə düşünmüşəm, bu cür istedadın niyə bu günə qədər "gizləyib". Bu barədə yəqin ki, bu yaxınlarda onun haqqında düşüncələri yazanda fikrin öyrənib qeydlərimi edəcəm.
Mənə həsr etdiyi bu şeirə görə də, dəyərli müəllimim, xətrini dünyalar qədər istədiyim, böyük insan Ədalət Nəbibəyliyə öz təşəkkürümü bildirib, ona yaradıcılığında uğurlar diləyirəm. Allah qorusun sizi gözəl insan...
Böyük səmimiyyət və ehtiramla
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














