Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko yenidən Bakıya gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təcrübəli mütəxəssis Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Arenasında təşkil edilən təlim-məşq toplanışı aprelin 24-dən 28-dək davam edib. Toplanış çərçivəsində, aprelin 27-də və 28-də təcrübəli mütəxəssis Yevgeni Pluşenko Azərbaycanda fəaliyyət göstərən “Ocaq” və “Tamis” fiqurlu konkisürmə idman klubları üçün də ustad dərsi keçib.

Bu gün keçirilən məşqlərdən sonra Olimpiya çempionu ölkəmizdə fiqurlu konkisürmənin inkişafı ilə bağlı fikirlərini bölüşüb: "Mən Azərbaycan komandasının bir hissəsi olmağıma çox şadam. Qış İdman Növləri Federasiyası məni idmançılara, fiqurlu konkisürmə idman növü üzrə yığma komandaya kömək etmək üçün dəvət edib. Artıq bir həftədir buradayıq. Uşaqlarla və Azərbaycan yığma komandası ilə çalışırıq. Düşünürəm ki, yaxşı komanda formalaşacaq və mərhələli şəkildə yaxşı nəticələr olacaq. Yaxın zamanda yenidən görüşəcəyik. Təxminən ay yarımdan sonra yenidən burada olacağam və uşaqlarla təlim-məşqim olacaq. Yeri gəlmişkən, uşaqların sayı çoxdur və fikirləşirəm Azərbaycanda konkisürmə idman növünü inkişaf etdirmək lazımdır. Hazırda istədiyimiz yüksək mərhələdə olmasaq da, birlikdə çalışaraq buna nail ola bilərik. Buna görə də arzu edən hər kəsi uşaqlarını fiqurlu konkisürmə ilə peşəkar məşğul olması üçün gətirməyə dəvət edirəm. Biz komandamızla birlikdə burada çalışaraq fiqurlu konkisürməni daha yüksək səviyyəyə qaldırmağa çalışacağıq. Məncə, bu yaxşı xəbərdir".

Qeyd edək ki, hazırda ölkəmizdə qış idman növlərinin inkişafı istiqamətində atılan addımlar sayəsində bu idman növlərinə maraq artmaqdadır.











Son xəbərlər

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930