
Xəbərlər
18.08.2025, 13:52
Arif Musa : Lal sükut - FOTO
Lal sükut
Niyə məni susdurursan sualla?
Baxışlarım cavab deyil səninçün?
Qəlbindəki bilmədiyim duyğular
Sualsız da cavab deyil mənimçün?!
Ürəyimdə yaşatdığım duyğunu
Lal sükutun harayından bilginən.
Mən nə desəm, sənin üçün fərqi nə?
İstəyirsən ürəyindən silginən.
Bu saf duyğu ürəyimə təsəlli,
Qəlbin desə, bu hisləri yaşat sən.
Səadəti çıraq eylə ömrümə,
İstəməsən, taleyimə daş at sən.
Baxışlarım cavab deyil səninçün?
Qəlbindəki bilmədiyim duyğular
Sualsız da cavab deyil mənimçün?!
Ürəyimdə yaşatdığım duyğunu
Lal sükutun harayından bilginən.
Mən nə desəm, sənin üçün fərqi nə?
İstəyirsən ürəyindən silginən.
Bu saf duyğu ürəyimə təsəlli,
Qəlbin desə, bu hisləri yaşat sən.
Səadəti çıraq eylə ömrümə,
İstəməsən, taleyimə daş at sən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

