Xəbərlər
15.08.2025, 01:21
Afiq Göyçəli : ..Şirin arzularım zəhərə döndü..-FOTO
..Şirin arzularım zəhərə döndü..
Vətən hisslərini qərib yaşadım,
Şirin arzularım zəhərə döndü.
Bir qucaq həsrətlə illər addadım,
Gözlərdə muradım qəhərə döndü.
Nə yaman əzabmış intizar qəmi,
Yükləsəm dərdimi,götürməz gəmi.
Oxutdu bu həyat zildə pəs, bəmi,
Günlərim günəşsiz səhərə döndü.
Ömür kitabımı yazıram bu gün,
Vərəqlər içində azmışam sürgün.
Qürbət oturmayır hörgümə düzgün,
Yazım cır yetişmiş,bəhərə döndü.
Afiq,qıl üstündə qurulub dünya,
Qoymurlar lal dura burulub dünya.
Gözlərin yaşında durulub dünya,
Dünənki dayçalar,kəhərə döndü.
Şirin arzularım zəhərə döndü.
Bir qucaq həsrətlə illər addadım,
Gözlərdə muradım qəhərə döndü.
Nə yaman əzabmış intizar qəmi,
Yükləsəm dərdimi,götürməz gəmi.
Oxutdu bu həyat zildə pəs, bəmi,
Günlərim günəşsiz səhərə döndü.
Ömür kitabımı yazıram bu gün,
Vərəqlər içində azmışam sürgün.
Qürbət oturmayır hörgümə düzgün,
Yazım cır yetişmiş,bəhərə döndü.
Afiq,qıl üstündə qurulub dünya,
Qoymurlar lal dura burulub dünya.
Gözlərin yaşında durulub dünya,
Dünənki dayçalar,kəhərə döndü.
05.08.2025 ci il...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











