
Xəbərlər
14.08.2025, 18:59
Peskov: Rusiya-ABŞ sammitindən sonra heç bir sənədin imzalanması planlaşdırılmır

Alyaskada Rusiya-ABŞ sammitindən sonra hər hansı sənəd imzalamaq planı yoxdur.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, gözlənilmir, heç nə hazırlanmayıb və çətin ki, burada hər hansı sənəd olsun”, - o, məsələ ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
"Birgə mətbuat konfransının olacağını nəzərə alsaq, prezident, əlbəttə ki, əldə edilə biləcək razılaşma və anlaşmaların spektrini açıqlayacaq", - Peskov əlavə edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










