
Xəbərlər
4.08.2025, 14:54
ÇİNGİZ ŞAHBAZİ : Türk konsulluğunun Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür
İşğaldan azad olunmuş istənilən şəhər və rayonlarımızın birində , xüsusilə də Qarabağın simgəsi hesab edilən Şuşada, Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması, əlbəttə ki, hər iki ölkə açısından böyük hadisə ola bilər və bunun xüsusilə də Azərbaycan üçün siyasi baxımdan əhəmiyyəti var.Azərbaycan və Türkiyə arasında, 2021 ildə imzalanmış Şuşa Bəyannaməsi var və bu bəyannamə məhz Şuşa şəhərində qəbul edildi və ,,Şuşa Bəyannaməsi,,adı ilə ,bir tək iki qardaş ölkə arasında münasibətlərin inkişafında dərinliyi nümayiş etdirməklə bitmir, həmçinin və xüsusilə də,regionda geosiyasi münasibətlər balansının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.Şuşada Türkiyənin konsulluğunun açılması da, bu bəyannamənin praktik nəticələrindən biri ola bilər. Konsulluğunun reallaşması bir çox sahələrdə bölgəyə faydalı olacaq və xüsusilə də işğaldan azad olunmuş cografiyanın beynəlxalq səviyyədə inkişafına təkan verə bilər.Şuşa kimi strateji əhəmiyyətli bir şəhərdə Türkiyənin konsulluğunun fəaliyyət göstərməsi, əlbəttə ki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və nüfuzunun artması deməkdir.Bu səbəbdən, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə təsir edə bilər,ehtimalı ola bildiyindən və digər səbəblərdən, Zəngəzur Dəhlizinin reallaşması istiqamətində əldə olunan razılaşmalara əks təsir göstərə bilər, ehtimalları konsulluğun reallaşmasını yubada bilər. Ermənistanla sülh danışıqları prosesi və yekun sülh sazişinin imzalanması prosesi və Zəngəzur Dəhlizinin reallaşması prosesi, Azərbaycan və Türkiyə üçün konsulluğun açılmasından daha vacib olduğunu nəzərə alsaq, konsulluğun açılmasında gecikmələri anlamaq çətin deyil. Bu baxımdan Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması məsələsi ilk növbədə zaman məsələsidir və qarşıda duran maneələr aradan qaldırılandan sonra, bu istiqamətdə proseslər davam edəcək,düşüncəsindəyəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





