Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı


Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar var.

Qaynar-xett.az “sonxəbər”ə istinadən xəbər verir ki, bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar.

Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib.

Rayonlarda COVİD-19-a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev rayonlarda koronavirusun sürətlə yayılmasına aydınlıq gətirib:

"Virus rayona göydən düşmədiki? Kimsə gedib orada yaşayan insanları yoluxdurub. Biz həmişə vətəndaşlara deyirik ki, xəstəlikdən qorunun.

İnsanlar bilməlidirlər ki, xüsusən də cavanlar bu xəstəliyi əlamətsiz keçirir. Onlar Operativ Qərargahın tövsiyyə etdiyi qaydalara əməl etmədiyinə görə xəstəliyin yayılma ehtimalı var. Gərək insanlar bu qərarların hamısına ciddi surətdə əməl etsinlər.

Bəzi insanlar hesab edirlər ki, virus onlara heç nə etməz, düşünmürlər ki, ətrafdakıları yoluxdura bilərlər. İnsanlar koronavirusa "barmaqarası" baxırlar.

Bu da rayonlarda və ümumi respublikamızda xəstələnmə saylarının artmasıyla nəticələnir".

Baş infeksionist qeyd edib ki, insanlar virusa bundan sonrakı dövrdə səhlənkar yanaşsa, pandemiya uzana bilər:

"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq. Biz ehtimal edirdik ki, havaların isinməsi və insanların əks-epidemik qaydalara əməl etməsi xəstəliyin ölkədən yavaş- yavaş çəkilməsinə səbəb olacaq, lakin onlar buna əməl etmək istəmirlər.

Mağazalara və digər məkanlara gedən zaman maskalı insan görmürük. Metroda da insanların maskasız gəzdiyini görürəm. Bu cür yanaşma ilə epidemiyaya qalib gələ bilmərik".

Məlumdur ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə pandemiya ilə əlaqədar müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmaq qadağan edilir.

Tətbiq olunan həmin komendant saatı insanların yoluxma saylarının aşkarlanmasında yardımçı olur.

Baş infeksionist Cəlal İsayev həmiçinin qonşu ölkələrdə kimi Azərbaycanda da virusla mübarizədə komendant saatının tətbiq edilməsi məsələsinə aydınlıq gətirib:

"İndiki vaxtda Türkiyədə insanların küçələrə 4 gün çıxmalarına icazə verilmir. Bu xəstəliyin yayılmasının qarşısının alınmasına kömək olur.

Azərbaycanda həmin rejimin tətbiq olunması ümumi olaraq ölkədəki vəziyyətdən asılıdır. Belə getsə, bizdə də bu rejim, yəni komendant saatı tətbiq oluna bilər.

Həmin rejimin tətbiqi qərardan asılıdır. Bu tətbiq oluna, ehtimal oluna bilər. Hələlik bu səviyyəyə çatmamışıq. Çalışaq ki, verilən tövsiyyələrə əməl edək".

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031