İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfiri səmimi salamlayan şeyxülislam iki dost ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, dövlət başçılarının - Prezident İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə vacib rolunu qeyd edib. Şeyxülislam ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Şeyxülislam Allahşükür Paşazadə müxtəlif sahələrdə, o cümlədən dini sahədə əlaqələrin davamlı inkişafının vacibliyini söyləyib. QMİ sədri builki Həcc mövsümündə Azərbaycandan olan zəvvarlara göstərilən xoş münasibət üçün Krallığın Həcc və Ümrə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırmağı diplomatdan xahiş edib.

Səfir növbəti dəfə görüş imkanı yaratdığı üçün şeyxülislama minnətdarlığını bildirib. Başa çatan Həcc mövsümündə Səudiyyə Ərəbistanını bir milyon yeddi yüz mindən çox zəvvarın ziyarət etdiyini deyən diplomat Allah qonaqlarının təhlükəsizliyi və rahatlığı üçün ölkəsinin həyata keçirdiyi işlər barədə məlumat verib. Diplomatın sözlərinə görə, Həcc mövsümündə 200-ə yaxın dövlətlə daim təmasda olan Həcc və Ümrə Nazirliyi Azərbaycan həcc missiyasının işini yüksək qiymətləndirib. Missiyanın fəaliyyətinə yaratdığı şəraitə görə QMİ sədrinə təşəkkür edən səfir azərbaycanlı zəvvarların ziyarətlərini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün bundan sonra da zəruri addımların atılacağını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031