Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da tarixində keçirilmiş qəbul imtahanların nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 nömrəli tam orta məktəbin məzunu Eldar Ramiz oğlu Mansurov göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 nömrəli məktəb-liseyin məzunu Nilufər Hidayət qızı Zeynallı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra abituriyentlər apellyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

“Rabitəbank”dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası

Premyer Liqanı tərk edəcək daha bir komanda məlum oldu

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - Fotolar

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Üzeyir Hacıbəylinin “Koroğlu" operasında Bülbül yaradıcılığının təcəssümü

Ağcabədidə Kür çayı bəndi yarıb

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930