Azərbaycan əsilli rusiyalı milyonçu bloqer Sübhan Məmmədova (“Subo”) 50 milyon rubl (təxminən 637 min dollar) məbləğində vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildən 2022-ci ilə qədər Sübhan və onun qohumları vergi ödəməkdən yayınmaqla bağlı sxem qurublar. Belə ki, onlar fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloq vasitəsilə milyonlar qazanıblar. Lakin pullar onun qardaşı və atasının hesablarına köçürülüb. Nəticədə, büdcə 50 milyon rubl vergi itirib, əlavə olaraq 20 milyon rubl məbləğində cərimə və faiz borcu yaranıb. Onlar bu gəlirin 10 milyon rubluna “Lamborghini” avtomobili alıblar.

Hazırda Sübhan Murad oğlu Məmmədov axtarışdadır. Moskva vilayətinin İstintaq Komitəsi “Subo”ya qarşı fiziki şəxs tərəfindən, xüsusilə külli miqdarda vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması maddələri ilə cinayət işi açıb. Onu 10 ilə qədər həbs gözləyir.

Həmçinin Sübhanın vergidən yayınma sxemini həyata keçirməsinə kömək edən qohumları da saxlanılıb.

Hüquq-mühafizə orqanları bloqerin tərəfdaşlarının qeydiyyatda olduqları mənzillərdə axtarışlar aparıblar.

Onun “Samo” ləqəbi ilə tanınan qardaşı Samir Məmmədov barəsində ev dustaqlığı seçilib. Atasına isə ölkəni tərk etməmək barədə qadağa qoyulub.

Son xəbərlər

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031