10-11 iyul tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərində Ukrayna Bərpa Konfransında iştirak edib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sayca 4-cü olan cari ilki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.

Nazir müavini Y. Rəfiyev çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib.

Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.

Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilərək, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.

Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün ölkəmiz tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.

Nazir müavini işğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib.

Nazir müavini ölkəmizin bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.

Konfrans çərçivəsində Y.Rəfiyev Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.

Nazir müavini həmçinin 11 iyul tarixində İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan və İtaliya arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan və İtaliyanın nümunəvi əməkdaşlıq sərgilədiyi qeyd olunaraq, siyasi və iqtisadi münasibətlərlə yanaşı mədəni-humanitar əlaqələrin artan xətlə inkişaf etdiyi məmnunluqla vurğulanıb.




Son xəbərlər

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bakının bəzi ərazilərində qaz olmayacaq

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Yeni pasportlarda Trampın şəkli olacaq?

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

"Gönül dağı" izləyicilərinə pis xəbər

Tərəf müqabili oldular

"Arka sokaklar" mövsüm finalına hazırlaşır

"Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi" - FOTOLAR

Elşən Xəzərin qızı ifadə verdi - FOTO

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb

“Anam Çarlza aşiq idi, inana bilərsinizmi?”

Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurlayıb

Sumqayıtdakı bu xəstəxana boşaldılır - Fotolar

Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı yenidən Bakıya gəlib - FOTOLAR

Bu ərazilərdə qaz olmayacaq

“Ah Nerede”nin aktyoru xəstəxanaya yerləşdirildi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930