
Xəbərlər
12.07.2025, 22:22
Arzu Yaqub qızı : Səndən soruşmayacam - FOTO
Səndən soruşmayacam.
İtib arzum,ümidim,
Səbr evingə gəzirəm.
İlğımlı yollarından
Əllərimi üzürəm.
Eh, ürək sözə baxır,
Elə çəkir adını.
Tanımır baxışların
Doğmasını,yadını.
Sarımısan ömrünə,
Tüstünü,dumanlığı.
Səmimi olsan yetər,
İtirmə insanlığı.
Mən bir az qayğılıyam,
Sən bilməyəcən gərək.
Daha düzələn deyil,
Əgər sındısa ürək.
Göydən süzür buludlar,
Yağışlarmı yağacaq.
Gümansızmış ümidlər,
Gözlərimdən axacaq.
Eh elə istəyirəm,
İnadkarlıq usansın.
Səni aparan yollar,
Mənə baxıb utansın.
Səndən soruşmayacam,
Hardadır yolun,izin.
Özgə baxışlarıyla
Mənə baxma əzizim.
Səbr evingə gəzirəm.
İlğımlı yollarından
Əllərimi üzürəm.
Eh, ürək sözə baxır,
Elə çəkir adını.
Tanımır baxışların
Doğmasını,yadını.
Sarımısan ömrünə,
Tüstünü,dumanlığı.
Səmimi olsan yetər,
İtirmə insanlığı.
Mən bir az qayğılıyam,
Sən bilməyəcən gərək.
Daha düzələn deyil,
Əgər sındısa ürək.
Göydən süzür buludlar,
Yağışlarmı yağacaq.
Gümansızmış ümidlər,
Gözlərimdən axacaq.
Eh elə istəyirəm,
İnadkarlıq usansın.
Səni aparan yollar,
Mənə baxıb utansın.
Səndən soruşmayacam,
Hardadır yolun,izin.
Özgə baxışlarıyla
Mənə baxma əzizim.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













