“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu əvvəllər aparıcılıqla məşğul olan və hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib: “Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.

***


Kamran Rəsulzadə ittihamlara münasibət bildirib. “Qafqazinfo”ya açıqlama verən şəxsin sözlərinə görə, onun real komandası var: “Analizləri yoxlayan həkim mövcuddur. Proqramların hazırlanması, qidalanma sxemlərinin tərtibi və bütün dəyişikliklər şəxsən mənim tərəfimdən həyata keçirilir.

Hər bir müştəri mənim üçün cədvəldəki rəqəm deyil, konkret problemləri, məqsədləri və arzuları olan insandır. Mən hər kəsin vəziyyətinə dərindən yanaşıram, təkcə proqram deyil, həm də mənəvi dəstək verirəm, problemlərinin həllinə kömək edirəm”.

O, iş prosesində süni intellektdən istifadə etdiyini təsdiqləyib: “AI böyük həcmdə məlumatların sistemləşdirilməsinə, vaxt və qüvvəyə qənaət etməyimə imkan verir və nəticədə mən rutin işlərə deyil, insanlara real kömək etməyə daha çox zaman ayırıram. Bu “fırıldaqçılıq” deyil, tərəqqidir. Necə ki, həkim müasir cihazlardan, sürücü naviqatordan istifadə edirsə, məşqçi də öz işinin effektivliyini artırmaq üçün texnologiyalardan istifadə edir.

Günel xanımın bəyanatına gəlincə isə, o, mənimlə həqiqətən bir gün belə çalışmayıb. Onun ittihamları əsassızdır, şəxsi təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Bu onun şəxsi fikridir, lakin həqiqət deyil”.

Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031