
Xəbərlər
7.07.2025, 22:22
Folklorumuzu təbliğ edirik - FOTO
Nənəmin cəhrəsi və yun darağı/ Folklorumuzu təbliğ edirik. Bu məqsədlə folklor qrupu yaratdıq. Hənifə Şəbnəm İladi Öməroğlunun hazırladığı cəhrəni işə saldı və bacardı bunu. Özü deyir ki, düz 50 il öncə əyirmişdim cəhrədə yun. Fatma Ayna isə İsmayıllıdan şair Turac Hilalın qaynanasının muzeyə verdiyi darağı işə saldı. O da çox duyğulandı. Qeyd etdi ki, o da 40 il öncə yunndarağında yun darayıb. Uğurlar deyək... Kim istəyir qoşula bilər. Kim nə bacarır buyursun. Xalça toxumaq üçünsə mini xana sifariş vermişik. Maraqlı olacaq. Bütün milli dəyərlərimiz əyani təqdim olunacaq. Hələ bu bir başlanğıcdır. Bu muzeyə hər kəs öz töhfəsini verə bilər.
Gullu Eldar Tomarli
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri,
"Kəlağayı Ev Muzeyi"nin direktoru, şair-publisist
Gullu Eldar Tomarli
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri,
"Kəlağayı Ev Muzeyi"nin direktoru, şair-publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


