İRS (Naslediye) silsiləsi çərçivəsində “PAŞA Həyat” ASC və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr edilmiş “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı keçirilib.


Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitab “Üç yol” ümumi adı altında birləşdirilən ön söz, səkkiz fəsil və epiloqdan ibarətdir. Layihənin rəhbəri İRS jurnalının baş redaktoru Musa Mərcanlıdır.

O, bildirib ki, jurnalın bir neçə nömrəsi Qarabağ mövzusuna həsr olunub. “Bu nömrə isə bütövlükdə Qərbi Azərbaycana həsr olunub. Bizim əsas məqsədimiz o torpaqları bir daha görməkdir. Hətta biz ora gedə bilməsək də, fotoqraflarımız bu yerləri çəkə biliblər. Həmin kadrları kitabın səhifəsində görə bilərsiniz”.

“PAŞA Həyat” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova qeyd edib ki, bu kitablar sıradan nəşr deyil. Onlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını əks etdirir və təkcə ölkəmizdə deyil, xaricdə də yayılacaq.

Təqdimat mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov kitabın ona dərin təsir bağışladığını bildirib. “Mən əslən o yerlərdənəm. Uşaqlığım, gəncliyim orada keçib. Səhifələri vərəqlədikcə, sanki yenidən tanış küçələri gəzdim, doğma mənzərələr gördüm”, - deyə o, dəyərli nəşrlə bağlı təəssüratlarını bölüşüb.

Kitabın elmi redaktorlarından biri, tarix elmləri namizədi Səbuhi Əhmədov nəşr üzərində iş prosesi ilə bağlı maraqlı təfərrüatlardan bəhs edib. O, vurğulayıb ki, toplanmış materialların həcmi o qədər genişdir ki, asanlıqla bir neçə cild ola bilərdi.

“Biz ən vacib məqamları bir nəşrdə əks etdirməyə çalışdıq. Kitabda həm mühüm tarixi hadisələr, həm də Qərbi Azərbaycanın keçmişini əks etdirən qiymətli fotoşəkillər təqdim olunur”, - deyə o vurğulayıb.

Tədbirin sonunda Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov da çıxış edib. “Bu kitablar həm vizual, həm də elmi nöqteyi-nəzərindən mənə simfoniya kimi təsir edir. Belə nəşrlər incəsənət əsəridir və çox qiymətlidir”, - deyə alim bildirib.

İRS jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC -ın müxbirinə müsahibəsində qeyd edib ki, “Daşları yığmaq vaxtıdır” adlı yeni kitab sadəcə nəşr deyil, genişmiqyaslı sənədli sübutdur. Onun sözlərinə görə, kitabın əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri daha geniş oxucu kütləsinə çatdırmaq, bu torpaqların əsrlər boyu azərbaycanlıların yaşayış yeri olduğunu nümayiş etdirmək və bunu etibarlı faktlar, arxiv materialları və vizual sübutlar əsasında həyata keçirməkdir.

O, həmçinin qeyd edib ki, həm tarixi, həm də nəşr üçün xüsusi hazırlanmış xəritələr kitabda xüsusi yer alıb. Onlar oxucuya ərazilərin transformasiyası, toponimlərin dəyişməsi prosesini izləməyə, həmçinin bu torpaqlarda azərbaycanlıların mövcudluğunun davamlılığını təsdiqləməyə imkan verir. Kitaba nadir arxiv fotoşəkillər və rəsmi sənədlər də əlavə olunub.

Nəşr qədim zamanlardan bu günə qədər Qərbi Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən mətnlər, illüstrasiyalar və müasir fotoşəkillərdən ibarət zəngin əsərdir. Kitabda ədəbi-bədii mühit, mədəni həyatın xüsusiyyətləri, tarixi memarlıq abidələri, təsviri və dekorativ sənət nümunələri, eləcə də regionun tarixi xəritələrdə coğrafi mövqeyi işıqlandırılır. 1987-1991-ci illərdə etnik təmizləmə və 300 minə yaxın azərbaycanlının öz ata-baba yurdlarından qovulması faktlarına xüsusi diqqət yetirilir.

Kitab dörd dildə - Azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunub.










Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031