Əvvəldən taleyi heç gətirməyən,
Sonra parçalanan , bölünən qadın.
İsmətin başının tacı eləyib,
Dərdlilər içində görünən qadın.

Səssizdir, məsumdur təbəssümün də,
Gülsən gülüşün də batacaq qəmə.
Dünyanın yükü var çiyinlərində,
Necə yaraşardı səadət sənə.

Sağalmaz yaranın məlhəmi varmı,
Ağırdır itirmək ümidlərini.
Ürək duyan dərdi kim duyacaq, kim,
Bəlkə səadətin unudub səni.

Saçının telində səbr adlı yollar...
Arzuların küsüb, bir də qayıtmaz.
Yüz təsəlli belə, min sığal belə,
Yaralı könlünü heç vaxt ovutmaz.

Bir vaxt möhkəm-möhkəm tutduğun əllər,
İndu qucaqlayır xəyallarını.
Dumana, çiskinə bürünən qadın,
Xəzan yeli vurub ilk baharını.

Bəlkə gəncliyində qayğısız idin,
Nədir taleyinə yazılan qadın?
İndi ümidinin yoxdur harayı,
Taleyi gözündən süzülən qadın.

O məsum rəsmini çəkib yaradan
Hanı gözlərinin nuru, işığı.
Anadan talesiz doğulmamışdın,
Olardın bir evin sən yaraşığı.

Bağı- bağçasında gül çiçək açan,
Gözü gül ömrünə dikilən qadın.
İlğımda səadət axtarıb bezən,
Ömrünün küncünə çəkilən qadın,
Ömrünün küncünə çəkilən qadın...

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031