Xəbərlər
2.07.2025, 01:51
Atəşi yolundan əyləmə, nolar... - FOTO
Nolar...
Bir günəş həvəsli, bir ay şəstliyəm,
Məni bölüb ulduz eyləmə, nolar...
Gözəllik uğrunda düşən xəstəyəm,
Ruhumu həblərlə keyləmə, nolar...
Ağlayan buludun yarasıyam mən,
Bölünən ürəyin parasıyam mən,
Tökülən gözlərin qorasıyam mən,
Mənasız təsəlli söyləmə, nolar...
Yaşamaq həvəsim batmaz bulaqdı,
Həyatı sevməyən qəlbən çolaqdı,
Ruhumu çağıran nurlu bir Haqdı,
Atəşi yolundan əyləmə, nolar...
Məni bölüb ulduz eyləmə, nolar...
Gözəllik uğrunda düşən xəstəyəm,
Ruhumu həblərlə keyləmə, nolar...
Ağlayan buludun yarasıyam mən,
Bölünən ürəyin parasıyam mən,
Tökülən gözlərin qorasıyam mən,
Mənasız təsəlli söyləmə, nolar...
Yaşamaq həvəsim batmaz bulaqdı,
Həyatı sevməyən qəlbən çolaqdı,
Ruhumu çağıran nurlu bir Haqdı,
Atəşi yolundan əyləmə, nolar...
BRİLYANT QURBANOVA
30.06.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














