Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı, ali dərəcəli restavrator Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərginin açılışı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Natiq Səfərovun rəhbərliyi altında bərpa edilmiş muzey kolleksiyasından 40-dan çox eksponat nümayiş olunur. Bunlar Azərbaycan və dünya incəsənətinə aid əsərlərdir: XVII–XIX əsrlərə aid ikonalar, rəsm əsərləri, qrafika nümunələri və müxtəlif dövrlərə və üslublara məxsus dekorativ-tətbiqi sənət nümunələri. Eyni zamanda, ekspozisiyada eksponatların bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər, eləcə də rassamın öz müəllif işləri yer alıb.

Sərgini giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova yubileyin əhəmiyyətindən və Natiq Səfərovun ölkəmizdə restavrasiya sahəsinin inkişafındakı xüsusi rolundan bəhs edib.

Onun sözlərinə görə, Natiq Səfərov Azərbaycanın restavrasiya sənətində əsas simalardan biridir. O, 40 ildən artıq müddətdə bu incə və məsuliyyətli sahəyə həsr etdiyi fəaliyyəti ilə minlərlə sənət əsərinə yenidən həyat bəxş edib.

Direktor əlavə edib ki, 2010-cu ildən bəri Natiq Səfərov muzeyin elmi və əsas restavrasiya şöbəsinə rəhbərlik edir. Bu müddət ərzində onun rəhbərliyi ilə muzeyin kolleksiyasındakı Azərbaycan, Qərbi Avropa, Şərq və Rusiya incəsənətinə aid onlarla eksponat bərpa edilib.

Jurnalistlərlə söhbətində xalq rəssamı Natiq Səfərov bildirib ki, sərgi bütün restavratorlara həsr olunub.

“Bu gün muzeydə restavrasiyaya həsr olunmuş sərgi açılır və hərçənd ki, o, mənim 65 illiyimə həsr olunub, əslində bu sərgi bütün Azərbaycan restavratorlarına aiddir. Burada təkcə mənim deyil, yaratdığım və rəhbərlik etdiyim elmi laboratoriyada çalışan gənc mütəxəssislərin əməyi də nümayiş olunur. Onların töhfəsi layiqincə qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə ekspozisiyadır ki, restavratorların uzun illər apardığı zəhmətli işin bir hissəsini təqdim edir. Ziyarətçilər burada həm muzeyin fondlarından bərpa olunmuş əsərləri, həm də Natiq Səfərovun rəssam kimi müəllif işlərini görə bilərlər.

“Əsas məqsədimiz dövlətimizin və Mədəniyyət Nazirliyinin Azərbaycan xalqının mədəni irsinə nə qədər həssas və diqqətlə yanaşdığını cəmiyyətə göstərməkdir. Bu təkcə restavrasiya nailiyyətlərinin nümayişi deyil, eyni zamanda maarifləndirici missiyadır. Belə ki, biz incəsənət əsərlərinə olan hörməti, marağı və sevgini artırmaq istəyirik”, – deyə Natiq Səfərov vurğulayıb.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən xalq rəssamı Ağəli İbrahimov həmkarının peşəkarlığını yüksək qiymətləndirib: “İlk növbədə demək istəyirəm ki, Natiq Səfərov yalnız görkəmli usta deyil, həm də gözəl insandır. O, respublikamızın ən yaxşı restavratorlarından biri olmaqla yanaşı, həqiqi yaradıcı şəxsdir. O, təkcə dünya təcrübəsini təqib etmir, özü sərbəst olaraq unikall həllər tapır, bu sahədə kəşflər edir”.

Ağəli İbrahimovun sözlərinə görə, Natiq Səfərovun fəaliyyəti nəticəsində muzeydə nümayiş olunan Avropa və Rusiya rəssamlığına məxsus əsərlər yeni həyat və dərinlik qazanıb.

















Son xəbərlər

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031