“Rotunda Roof Garden”də IV Bakı Piano Festivalının açılışı uğurla keçib. Festival “Mina Aqossi quartet”in (Mina Aqossi - vokal, Ceremi Brüger - fortepiano, Erik Cakot - bas, Cos Aydama - nağara) iştirakı ilə konsertlə açılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çox böyük tamaşaçı kütləsini bir araya gətirib. Qonaqlar arasında mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, mətbuat nümayəndələri də olub.

Tədbirin əvvəlində tamaşaçıları festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti, tanınmış caz pianoçusu və bəstəkarı Şahin Növrəsli salamlayıb. O, “Bakı Piano Festivalı”nın yaranma tarixçəsindən danışıb və bütün bu illər ərzində təşkilatçılara göstərdikləri dəstəyə və köməyə görə dostlara və sponsorlara təşəkkür edib.

Kvartetin solisti Mina Aqossi çıxışına Bakı şəhərinə həsr etdiyi improvizə kompozisiya ilə başladı.

Mina Aqossi 1972-ci ildə Fransanın Bezanson şəhərində anadan olub. Fransa, Mərakeş və Nigeriyada təhsil aldıqdan sonra o, ABŞ-da işləyib, İspaniyada yaşayıb, tamamilə peşəkar caza yönəlməzdən əvvəl özünü əksər musiqi üslublarında sınamışdır. Minanın musiqisini xarakterizə etmək demək olar mümkün deyil. Onun üslubu daha çox müğənninin dərin emosional daxili aləminə vurğudur, iddialı, lakin həssas musiqisi bahalı şərab kimi zərif, eyni zamanda güclüdür. Mina musiqini peşəkarcasına idarə edir, bu, klassik, hamılıqla qəbul edilmiş deyil, yalnız ona xas olan unikal məzmunla dolmuş onun özünü ifadə dilidir.

“IV Bakı Piano Festivalı” iyunun 28-dək davam edəcək. İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru - gənc istedadların “We Are the Future” konsertidir.















Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031