
Xəbərlər
13.06.2025, 21:18
Qobustanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Turaztv.az xəbər verir İyunun 13-də Qobustan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə tər gül dəstələri düzülmüşdür.
Sonra Qobustan Gənclər Evində tədbir davam etmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir qəqiqəlik sükutla yad edilmiş, sonra isə Azərbaycan respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov geniş məruzə ilə çıxış etmişdir.
Tədbir rayon mədəniyyət işçilərinin iştirakı ilə bayram konsertilə davam etmişdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














