Xəbərlər
7.06.2025, 22:33
QIZBƏS QƏBƏLƏ : SƏN BİR ANA HEYKƏLİSƏN - FOTO
SƏN BİR ANA HEYKƏLİSƏN
( Əzizim Zərifə Zirvəylə danışandan sonra yazdım.İllər öncə musiqiçi qızı dənizdə boğulub. Bu ana hələ də balasını haraylayır. )
Sən bir ana heykəlisən,
Tuncdan, poladdan tökülmüş.
Zamanın sərt tufanından,
Bağri didilmiş, sökülmüş.
Vüqarına heyran oldum,
Bir əzəmət simvolusan.
Qəlbində bu boyda yaran,
Sən yenə şəfqət dolusan.
Azalmayır ağrın - acın,
İllər gəlib ötüşsə də.
Köhnəlməyir sinə dağın,
Saçlarına dən düşsə də.
Ana qəlbin korun - korun,
Közərib - yanır nə yaman.
İllər keçib o dəhşətdən,
Dəyişib gör, neçə zaman.
İllər məlhəmdir deyirlər,
Kim olacaq onu saran?
Oyalanmır, qaysaqlanmır,
Sızıldayır köhnə yaran.
Necə böyük fəlakətdir,
Sinəndəki övlad dağı.
Bir şam kimi gecə-gündüz,
Əriyir qəlbinin yağı.
Tuncdan, poladdan tökülmüş.
Zamanın sərt tufanından,
Bağri didilmiş, sökülmüş.
Vüqarına heyran oldum,
Bir əzəmət simvolusan.
Qəlbində bu boyda yaran,
Sən yenə şəfqət dolusan.
Azalmayır ağrın - acın,
İllər gəlib ötüşsə də.
Köhnəlməyir sinə dağın,
Saçlarına dən düşsə də.
Ana qəlbin korun - korun,
Közərib - yanır nə yaman.
İllər keçib o dəhşətdən,
Dəyişib gör, neçə zaman.
İllər məlhəmdir deyirlər,
Kim olacaq onu saran?
Oyalanmır, qaysaqlanmır,
Sızıldayır köhnə yaran.
Necə böyük fəlakətdir,
Sinəndəki övlad dağı.
Bir şam kimi gecə-gündüz,
Əriyir qəlbinin yağı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











