BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub.

Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Bəs iyunun 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 iyun 1783-cü ildə fransız Monqolfe qardaşları isti hava şarları ilə xalq qarşısında ilk uçuşlarını reallaşdırdılar.

2. Çevrilişlə taxtdan endirilən Osmanlı sultanı Əbdüləziz 1876-cı il iyunun 4-də nəzarətdə saxlanıldığı Feriye sarayında ölü tapıldı.

3. 4 iyun 1878-ci ildə Osmanlı imperatorluğu ilə İngiltərə (Birləşmiş Krallıq) arasında Kipr Müqaviləsi imzalandı və Kiprin (Qıbrızın) idarəsi müvəqqəti olaraq Böyük Britanyaya keçdi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti Almaniya ilə ittifaq qurduğu üçün İngiltərə Kipri ilhaq etdiyini açıqladı və adada 1960-cı ilə sürən ingilis hakimiyyəti başladı.

4. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında Dostluq Müqaviləsi imzalandı. Bu, Azərbaycan Demokratik Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Sənədin giriş hissəsində yazılmışdı: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlib”.

5. 1932-cü ilin 4 iyun tarixindən Türkiyədə xarici vətəndaşların dövlət işlərində çalışması rəsmən qadağan edildi.

6. 4 iyun 1977-ci ildə Apple istehsalı olan ilk stolüstü kompüter satışa çıxarılıb.

7. 1982-ci il iyunun 4-də İsrail silahlı qüvvələri Livanın paytaxtı Beyrutu bombardman ediblər. Hadisədən 1 il sonra Birləşmiş Millətlər Təşkilatı bombardman nəticəsində həlak olan uşaqların xatirəsini əbədiləşdirmək barədə qərar qəbul etdi. 1983-cü ildən 4 İyun Təcavüz Qurbanı olan Uşaqların Beynəlxalq Xatirə Günüdür.

8. 4 iyun 1989-cu ildə Çində universitet tələbələri tərəfindən başlanılan Tyananmen üsyanı əsgərlərin qanlı müdaxiləsilə başa çatdı. Çin ordusunun nümayişçilərə həqiqi güllədən istifadə etməsi nəticəsində yüzlərlə tələbə həyatını itirdi, 7 mindən çoxu yaralandı.

9. 2012-ci ilin 4 iyununda Myanmarın Arakan bölgəsindəki 10 müsəlman gənc bütpərəst qrupun bıçaqlı hücumu nəticəsində həyatını itirdi. Gərginlik nəzarətdən çıxdı: ölkənin Cunta hakimiyyəti bütpərəstlərin Arakan müsəlmanlarına hücumlarına göz yumdu.

4 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə 1869-cu ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib. İbtidai təhsilini mollaxanada alan Bayraməli 20-ci əsrin əvvəllərində Bakıya gəlib, “Molla Nəsrəddin” jurnalında “Hambal” imzası ilə yazılarını çap etdirib. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlananda Təbrizə gedərək Səttarxanla çiyin-çiyinə döyüşüb, səttarxançıları tərənnüm edən şeirlər yazan Bayraməli Abbaszadə hərəkatın məğlubiyyətindən sonra təqib edildiyindən yenidən Bakıya qayıdıb, ömrünün sonunadək burada yaşayıb, seçilmiş əsərlərini buraxıb. (1869-1926)

2. 4 iyun lətifələri və səyahət yazılarıyla tanınan, müasir Türkiyə şeirinin görkəmli nümayəndələrindən biri Əhməd Haşimin xatirə günüdür. O, 1933-cü ilin bu günü 49 yaşında dünyasını dəyişib. (1884-1933)

3. Azərbaycan idmanının görkəmli simalarından biri, məşqçi Şamil Şamxalov 1926-cı ilin 4 iyununda Bakıda anadan olub. 20 ildən artıq bir dövrdə Azərbaycanın seçmə kollektivlərinə və qadınlardan ibarət “Neftçi” voleybol komandasına rəhbərlik edib. 1966-cı ildə “Neftçi” voleybolçuları Şamil Şamxalovun rəhbərliyilə bürünc, 1 il sonra gümüş medal qazanıblar. Onun yetirmələri arasında olimpiya, dünya və Avropa çempionları olmuş İnna Rıskal, Vera Lantratova, Oqtay Ağayev, Yaşar Abbasov və başqaları var. (1926-2004)

4. Azərbaycanın tanınmış xanəndəsi Fatma Mehrəliyeva 1926-cı ildə Qubada anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhətilə Bakıda musiqi məktəbində təhsil alan Fatma 18 yaşından Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olunub, muğam, bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb. Fatma Mehrəliyevanın ifasında “Kəsmə Şikəstə” muğamı Azərbaycan radiosunun “Qızıl Fond”unda saxlanılır. O həm də “Arşın mal alan” filmində Telli rolunda çəkilib. (1926-2000)

5. 4 iyun 1929-cu ildə kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub.(Bizim.Media)

Son xəbərlər

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031