BİZİM TƏQVİM: 7 iyunda baş vermiş tarixi hadisələr


7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Bəs, iyunun 7-də dünyada daha hansı hadisələr baş verib?

1. 1494-cü il 7 iyunda İspaniya və Portuqaliya Papanın tələbilə Tordesillas müqaviləsini imzaladı. Müqaviləyə əsasən, Avropa qitəsi istisna olmaqla, şimal-cənub meridianı üzrə kəşf edilmiş və aşkarlanacaq torpaqlar iki ölkə arasında bölüşdürüldü.

2. Osmanlı sultanı Qanuni Süleymanın şərəfinə İstanbulda Memar Sinan tərəfindən ucaldılan Süleymaniyə məscidi 1557-ci ilin 7 iyununda açıldı.

3. Dünya tarixinin ən uzun müddət taxtda oturan hökmdarı, "Günəş kralı" adı ilə tanınan, “Dövlət mən özüməm” sözləriylə yadda qalan Fransa kralı 14-cü Lüdovik 1654-cü il 7 iyunda hakimiyyətə gəldi və 72 il ölkəni idarə etdi.

4. 7 iyun 1775-ci ildə Birləşmiş koloniyalar öz adının dəyişdirildiyini, Birləşmiş Ştatlar, daha doğrusu ABŞ olduğunu elan etdi.

5. Osmanlı sultanı Əbdülməcid tərəfindən inşa etdirilən Dolmabahçe sarayı 7 iyun 1856-cı ildə hökmdar ailəsinin ixtiyarına verildi.

6. Yaponiya imperatoru Komeinin yaxın qohumunun İstanbul səfərinə qarşılıq olaraq Osmanlı sultanı II Əbdülhəmidin Yaponiyaya göndərdiyi “Ərtoğrul” gəmisi 1890-cı ilin 7 iyununda Yokohomaya çatdı.

7. 1905-ci il iyunun 7-də Norveç parlamenti – Stortinq 1814-cü ildə imzalanan sazişi ləğv edərək İsveçdən ayrılmaq barədə yekdil qərar qəbul etdi. Bundan 1 il sonra – 1906-cı ildə isə Danimarka şahzadəsi Karl müstəqil Norveçin ilk kralı oldu.

8. 1905-ci ilin 7 iyun tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər.1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.

10. 7 iyun 1960-cı ildı Səudiyyə Ərəbistanında qadınlara təhsil almaq hüququ verilib.

11. 1971-ci ilin bu günü “Salyut” kosmos stansiyası ilə “Soyuz-11” kosmik nəqliyyat gəmisinin birləşməsi nəticəsində dünyada ilk pilotlu orbital “Salyut” stansiyası yarandı.

12. 7 iyun 1977-ci ildə Türkiyə sənətçisi Semiha Yankı XIII Beynəlxalq Qızıl Orfe Mahnı Yarışmasında birinci oldu.

13. 1981-ci ilin 7 iyununda nüvə silahı istehsal etdiyi iddiası ilə İsrail döyüş təyyarələri İranın Osirak nüvə mərkəzinə hava hücumu etdi.

14. 7 iyun 1982-ci ildə Türkiyənin Portuqaliyadakı Səfirliyinin inzibati attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide xanım evlərinin önündə ASALA erməni terror təşkilatının silahlı hücumu nəticəsində həlak oldular.

15. 2007-ci il 7 iyunda keçirilən Türkiyə İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edildi.

16. 7 iyun 2015-ci ildə Birinci Avropa Oyunlarının qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşdıqdan və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra paytaxt Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

7 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Kaşıyeva 1893-cü ilin bu günü dünyaya gəlib. O akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm və mənzərə çəkib. Ötən əsrin 20-ci illərində “Şərq qadını” jurnalı için illüstrasiyalar işləyib.

2. Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədov 7 iyun 1994-cü ildə dünyasını dəyişib.

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti, mənfi rolların mahir ifaçısı Məlik Dadaşov 7 iyun 1924-cü ildə anadan olub.

4. Bu gün tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür. O, 2001-ci ilin 7 iyununda dünyasını dəyişib.(Bizim.Media)

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31