30 mayda təcrübənin yekunlarına həsr olunmuş konfrans təşkil olunub. Konfransdan öncə təcrübənin müxtəlif mərhələlərini əhatə edən metodik və yaradıcılıq işlərindən ibarət sərgi də nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. İlk olaraq tələbələrin sınaq dərslərindən videoçarx nümayiş olunub. Konfransda çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova tələbələri salamlayaraq onları uğurlu təcrübə keçmələri münasibətilə təbrik edib. O, bu gənclərin artıq məzun olma ərəfəsində olduğunu vurğulayaraq “Siz bizim fəxrimizsiniz!” sözləri ilə gənc müəllim və psixoloq namizədlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, filialda həyata keçirilən güclü tədris prosesi nəticəsində tələbələr müxtəlif təhsil müəssisələrində uğurlu pedaqoji təcrübə keçmiş, məktəblərdən xoş soraqlar gətirmiş, bir sıra tələbələr isə fəxri fərmanlarla təltif olunmuşdur. Rəhbərlik tərəfindən azad və müstəqil ölkənin gəncləri kimi onların gələcəkdə də müxtəlif müəssisələrdə uğurla fəaliyyət göstərəcəyinə əminlik ifadə olunub. Eyni zamanda, çıxış zamanı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı da xüsusi vurğulanıb. Bildirilib ki, bu gənc müəllim və mütəxəssislər gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və təhsil prosesində iştirak etməyə hazırdırlar. Onların əldə etdikləri bilik və bacarıqlar bu müqəddəs və strateji vəzifənin yerinə yetirilməsində mühüm rol oynayacaq.
Tünzalə Yusifova çıxışında həmçinin qeyd edib ki, tələbələr filialda təhsil aldıqları illər ərzində yalnız elmi biliklərə yiyələnməklə kifayətlənməyib, həm də filialın və regionun ictimai həyatında fəal iştirak ediblər. Onların həyata keçirdikləri sosial layihələr, ictimai təşəbbüslər və müxtəlif tədbirlərdəki aktivliyi gənclərimizin vətəndaş mövqeyini və liderlik keyfiyyətlərini bir daha nümayiş etdirib.“Bu gün qürurla deyə bilərik ki, ölkəmiz üçün hazır, peşəkar kadrlar yetişdirmişik. Belə gənclərlə vidalaşmaq insana həm qürur, həm də bir qədər hüzn gətirir”, – deyə filial rəhbəri çıxışında bildirib.
Pedaqoji təcrübə rəhbəri Zərifə Həmidova çıxış edərək təcrübənin tədris və istehsalat mərhələləri üzrə təşkili və nəticələri barədə ətraflı məlumat verib. O, tələbələrin nəzəri bilikləri praktik mühitdə uğurla tətbiq etdiklərini, kurikulum əsaslı dərslər planlaşdıraraq şagirdlərlə səmərəli pedaqoji ünsiyyət qurduqlarını vurğulayıb.
Fakültə dekanı Qahirə Şahbazova isə çıxışında tələbələrin təcrübə dövründə hesabatlara hazırlığı, metodik materialların tərtibi və praktik fəaliyyətləri barədə fikirlərini bölüşüb, onların yüksək ixtisaslı kimi yetişməsini yüksək qiymətləndirib. Eyni zamanda, o, növbəti mərhələ olan təcrübə hesabatlarının hazırlanması ilə bağlı tələbələrlə izahat işləri apardı, onların sənədləşmə və qiymətləndirmə qaydaları üzrə məlumatları diqqətə çatdırıb.
Təcrübədə fənn metodisti kimi iştirak etmiş Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz təcrübə barədə təəsüratlarını bölüşərək qürur verici məqamları tədbir iştirakçıları ilə bölüşdü.
Tədbir buraxılış ili tələbələrinin təcrübə ilə bağlı fikirləri, təşəkkür sevinc və xoş hisslərlə dolu çıxışlarla davam etdirildi.
Qeyd edək ki, pedaqoji təcrübədə “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, "Təhsildə sosial-psixoloji xidmət“ və "Məktəbəqədər təhsil” ixtisasları üzrə ümumilikdə 138 nəfər tələbə iştirak edib. Təcrübə iki mərhələdə – tədris (17 fevral – 25 aprel) və istehsalat (28 aprel – 30 may) olmaqla həyata keçirilib. İstehsalat mərhələsi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki müxtəlif məktəb və bağçalarda təşkil olunub.










Turaztv.az

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031