
Xəbərlər
28.05.2025, 02:01
Daşkəsəndə Müstəqillik Gününə həsr olunan kitab sərgisi keçirilib - FOTOLAR
Daşkəsənin Dəstəfur kəndində 28 May-Müstəqillik Gününə həsr olunan kitab sərgisi təşkil olunub.
Turaztv.az xəbər verir AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, yerli ictimaiyyət nümayəndələri, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, kənd sakinləri, məktəblilər iştirak ediblər. Sərgidə Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən kitablar, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlər, sənədlər nümayiş etdirilib. Yerli sakinlərin, məktəblilərin hazırladığı, vətənpərvərlik mövzusunda rəsmlər, dekorativ tətbiqi sənət nümunələrindən ibarət əl işləri də maraqla qarşılanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















