Turaztv.az təqdim edir:
Bu hekayə ata sevgisi və bir körpənin böyük cəsarətinindən bəhs edir. Hekayənin qəhrəmanı – balaca Cavanşir, yazıçının (Cəlal Bərgüşadın ) oğludur. Sayad xanım əlyazmanı 36 il sonra Cəlal müəllimin əlyazmalarının içindən tapanda, bir anlıq zaman dayanmış kimi oldu. Kağızda yazılan hər söz, hər cümlə ona həm keçmişi qaytardı, göz yaşlarını saxlaya bilmədi, amma bu göz yaşlarında kədərdən çox qürur var idi – sevdiyi insanın, övladına olan sevgisinin izləri qarşısında duyduğu qürur. İndi isə bu hekayə sizinlə paylaşılır – bir ailənin, bir övladın və bir atanın ürəkdən doğan yaddaşı kimi.

“BALACA CAVANŞİRİN QOÇAQLIĞI”


1989-cu ilin iyul ayının on beşində bağa getmişdik. Göydən od yağırdı. Gün əyiləndə kiçik oğlum Cavanşiridə götürüb dənizə apardım. Dəniz o qədər də dalğalı deyildi. Cananşiri dənizdə çimizdirdim və sonra onu sahildəki balaca bir kötüyün üstündə oturtdum:

Cavanşir, gözünü yeyim burdan tərpənmə ha! Qoy məndə çimim sonra gedək evə. Eşitdin nə dedim?!

O başı ilə işarə etdiki, tərpənmiyəcəm. Çünki təzə dil açırdi. Dördcə dil bilirdi. Ata, ana, nənə,dayı. Ancaq çox ayıq uşaq idi. Hərşeyi başa düşürdü. Dünyada təzə dil açan körpədən başqa varlıq tanımıram.Dəsmalı onun çiyninə atdim:



Mən dənizə baş vurdum. Özümü sınayım ki, görüm suyun altında nə qədər qala bilərəm. Tənginəfəs olanda suyun üstünə qalxdım. Birdə gördüm ki, Cavanşir dalğalarla əlbəyaxadadır. O qollarını açıb mənə sarı cümür:

"Atam batıb, onu xilas etməliyəm!" körpədə cəsarətə bir bax!
Mən "Aman Allah" deyib özümü Cavanşirin üstünə atdım! Bir göz qırpımında onu ölümün əlindən aldım!.. Çünki qorxulu bir yuxu gördüm. Körpənin başını tutub qarnına gedən suları boşaltdım. Handan-hana uşaq özünə gəldi. Onun qara gözləri güldü. Sevinirdi ki, atasını "xilas" edib...

Kim bilir, bəlkə də gələcəkdə bu balaca cəsarətli, qorxmaz xilaskarım Cavanşir mənim ən qüdrətli qanadım olacaq. Mən də həmin qüdrətli qanadimin köməyi ilə bütün dünyanın ənginliklərinə uçacağam.

15.07.89

Son xəbərlər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031