BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr

1999-cu ilin bu günündə “EuroPark” Federasiyası Avropa Parklar Gününü təsis edib.Bu günün tarixi Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. 1999-cu il may ayının 24-də İsveçdə doqquz milli parkın əsası qoyulub.

Bəs, mayın 24-də dünyada daha hansı hadisələr baş verib?

1. 1032-ci ildə dünyanın ən məşhur ensiklopedik biliyə malik alimlərindən olan Əbu Əli ibn Sina nadir astronomik təzahürü – Venera planetinin Günəş diskindən keçməsini müşahidə və təsvir edib. Maraqlıdır ki, İbn Sinanın qeydləri yalnız 1980-ci ildə - mütəfəkkir alimin 1000 illik yubileyi ərəfəsində aşkara çıxıb. Həmin vaxta qədər isə güman olunurdu ki, Veneranın Günəş reydini ilk dəfə 1639-cu ildə avropalılar müşahidə ediblər.

2. 1844-cü ilin bu günü Semüel Morzenin ixtira etdiyi teleqraf aparatı vasitəsilə Vaşinqtondan Baltimora informasiya ötürüldü. Sonralar bu aparat müəllifin adı ilə Morze adlandırıldı.

3. 24 may 1910-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası – “Ər və arvad” əsəri səhnələşdirilib. Azərbaycanda ilk milli operettanın tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Əsas rollarda H.Sarabski (Mәrcan bәy), Ә.Ağdamski (Minnәt xanım) çıxış edib.

4. 1912-ci il 24 mayda Azərbaycanın paytaxtı Bakıda ana dilində “Kəlniyyət” həftəlik ictimai-siyasi, ədəbi, satirik şəkilli jurnalın ilk nömrəsi işıq üzü gördü. Cəmi 37 sayı çıxan və 1913-cü ilin 10 fevralında bağlanan bu jurnal əsasən demokratik ideyaları təbliğ edirdi.

5. 24 may 1920-ci ildə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Gerçəkdə isə neft bolşevik Rusiyasının nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı.

6. 1956-cı ilən 24 mayında İsveçrənin Luqano şəhərində ilk “Eurovision” Beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib. Müsabiqədə Avropanın 7 ölkəsinin – Belçika, Hollandiya, İtaliya, Lüksemburq, Fransa, AFR, İsveçrənin nümayəndələri qatılıb. İlk müsabiqədə “Refrain” mahnısı ilə isveçrəli müğənni Liz Assia qalib gəlib.

7. 24 may 1964-cü ildə Peru ilə Argentina arasında oynanan futbol matçında yaranan izdihamda 318 nəfər öldü, 500-ə yaxın adam isə xəsarət aldı.

8. 1989-cu ilin 24 mayında Bolqarıstan türklərinin Türkiyəyə məcburi köçü başlayıb. Təxribatçı Jivkov hökumətinin irqçi siyasəti nəticəsində 3 ay ərzində ölkəyə 345 minə yaxın türk gəlib.

9. 24 may 2003-cü ildə Latviyada keçirilən 48-ci Eurovision beynəlxalq mahnı müsabiqəsində Türkiyə adından yarışan Sertab Erener “Everyway That I Can” adlı mahnısı ilə ölkəsinə birincilik qazandırıb.

24 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Polşanın dünyaşöhrətli astronomu, müasir astronomiyanın banisiNikolay Kopernik 1543-cü ilin bu günü Fromborq şəhərində 70 yaşında vəfat edib.

2. Böyük Fransa İnqilabının görkəmli xadimi, alim və publisit Jan Pol Marat 1743-cü ilin 24 mayında dünyaya gəlib.

3. Azərbaycan dövlət xadimi, görkəmli maarif və mədəniyyət işçisi, aktyor, publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyətinin deputatı və Daxili İşlər nazirinin Mehdi Hacinski 24 may 1879-cu ildə anadan olub.

4. Azərbaycanın tanınmış publisisti, marrifçi və ictimai xadimi Ömər Faiq Nemanzadə 1872-ci ilin bu günü Tiflisdə dünyaya gəlib.

5. Azərbaycanın ilk qadın peşəkar musiqiçilərindən biri olan Xədicə Qaibova 1893-cü ilin 23 mayında doğulub. Ötən əsrin 20-30-cu illərində təkcə Azərbaycanda deyil, bütün SSRİ-nin ən yaxşı pianoçularından sayılan Xədicə Qaibova 1938-ci ildə Stalin repressiyasının qurbanı olub. (1893-1938)

6. Məşhur rus yazıçısı Mixail Şoloxov 1905-ci il 23 mayda dünyaya gəlib.

7. Azərbaycanlı cərrah, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən həkim, görkəmli ziyalı, “Varlıq” jurnalının təsisçisi Cavad Heyət 24 may 1925-ci ildə anadan olub.

8. Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, dövlət xadimi Şıxəli Qurbanov 24 may 1967-ci ildə vəfat edib.

9. Bu gün azərbaycanlı telejurnalist Fərhad Kərimovun xatirə günüdür. “Reuters” agentliyinin əməkdaşı olan F.Kərimov daim dünyanın qaynar nöqtələrində - Abxaziya, Dnestryanı bölgə, Tacikistan, Çeçenistan və daha çox da Dağlıq Qarabağda operativ çəkilişlər aparıb, repotajlar hazırlayıb və həmişə qərəzsiz mövqeyi ilə seçilib. Elə bu cür çəkilişlərin birində - 1995-ci il mayın 24-də qəfil güllə Fərhadın həyatına son qoyub. (1948-1995)

10. 24 may 1948-ci il tarixi Azərbaycanın tanınmış teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycanın Xalq artisti Fuad Poladovun doğum günüdür. O, sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. (Bizim.Media)

Son xəbərlər

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031