Xəbərlər
22.05.2025, 01:20
"Tottenhem" Avropa Liqasının qalibi olub
UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay