Xəbərlər
18.05.2025, 20:29
"Neftçi" "Səbail"ə qalib gəlib
Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüşdə meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darbo (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay