
Xəbərlər
16.05.2025, 20:14
QIZBƏS QƏBƏLƏ : SELİNİMƏ - FOTO
SELİNİMƏ
Ay mənim çiçək nəvəm,
Çiçəkdən göyçək nəvəm,
Yanaqları bal kimi.
Telləri ləçək nəvəm.
Sən günəş, ayımızsan,
Həyanım, hayımızsan.
Sən bizim bu dünyada,
Ən şirin payımızsan.
Ay güllərdən gözəlim,
Ay hər şeydən əzəlim,
Dili baldan sirinim,
Sözü duzlu, məzəlim.
Xoş gəldin evimizə,
Sevinc gətirdin bizə,
Nənən gözünə qurban,
Gəlməyəsən heç gözə.
Selinim şirin - şəkər,
Hamı nazını çəkər,
Bu dünyaya nəvələr,
Sevinc toxumu əkər.
Çiçəkdən göyçək nəvəm,
Yanaqları bal kimi.
Telləri ləçək nəvəm.
Sən günəş, ayımızsan,
Həyanım, hayımızsan.
Sən bizim bu dünyada,
Ən şirin payımızsan.
Ay güllərdən gözəlim,
Ay hər şeydən əzəlim,
Dili baldan sirinim,
Sözü duzlu, məzəlim.
Xoş gəldin evimizə,
Sevinc gətirdin bizə,
Nənən gözünə qurban,
Gəlməyəsən heç gözə.
Selinim şirin - şəkər,
Hamı nazını çəkər,
Bu dünyaya nəvələr,
Sevinc toxumu əkər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












