Xəbərlər
15.05.2025, 21:11
AFİQ GÖYÇƏLİ : "YAŞAYACAM" - FOTO
Yaşadığım bəsdir indi,
Söz ömrümü yaşayacam.
Qalan ömrü haqqa verib,
Düz ömrümü yaşayacam.
Qələm əldə ,varaq öndə,
Yazmayacam qalın göndə.
Ucaltsalar qara gündə,
Az ömrümü yaşayıacam.
Bir olacam xalqım ilə,
Batmayacam çirkə, lilə.
Bölüb qürbət iki dilə,
Köz ömrümü yaşayacam.
Məsafə var aramızda,
Afiq Vətən,yaramızda.
Həsrət dərdi yarımızda,
Bez ömrümü yaşayacam.
Söz ömrümü yaşayacam.
Qalan ömrü haqqa verib,
Düz ömrümü yaşayacam.
Qələm əldə ,varaq öndə,
Yazmayacam qalın göndə.
Ucaltsalar qara gündə,
Az ömrümü yaşayıacam.
Bir olacam xalqım ilə,
Batmayacam çirkə, lilə.
Bölüb qürbət iki dilə,
Köz ömrümü yaşayacam.
Məsafə var aramızda,
Afiq Vətən,yaramızda.
Həsrət dərdi yarımızda,
Bez ömrümü yaşayacam.
15.05.25....
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














