Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS” beynəlxalq jurnalının italyan dilində növbəti nömrəsi işıq üzü görüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalın bu sayında ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs olunur, Azərbaycanda mühüm qlobal ekoloji problemlərin müzakirə edildiyi vurğulanır. Ölkəmizin həyata keçirdiyi bərpaolunan və “yaşıl enerji” layihələrindən, Qarabağda və Şərqi Zəngəzurdakı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərindən, “yaşıl enerji” zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edilir.

Jurnalda İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun iki ölkə münasibətlərindən, innovasiyalar sayəsində genişlənən körpü, mədəni və akademik əlaqələr barədə fikirləri yer alıb. Səfir İtaliya ilə Azərbaycan arasında dostluğun dərin köklərinin olduğunu, ən yüksək səviyyəli çoxsaylı səfərlər sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Bundan başqa, jurnalda məşhur memar Zaha Hadidin layihəsi olan Bakıdakı Heydər Əliyev Mərkəzi haqqında məlumatlara yer verilib. Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni olduğu bildirilir, Alban-Udi Xristian Dini İcmasından bəhs edilir. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar oxucuların diqqətinə çatdırılır.

Jurnalda Azərbaycan qadınlarının hər zaman ölkənin gələcəyinin formalaşmasında həlledici rol oynadığı qeyd olunur, ölkəmizin inkişafına tərəqqisinə və töhfə verən qadınlar haqqında ətraflı məlumat verilir. Azərbaycan musiqisi və muğam haqqında, eyni zamanda, milli mətbəx nümunələrimiz və içkilər barədə məlumatlar yer alıb.






Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031